“Real” ilə yenidən anlaşdı

23.06.2023 17:51 248
Dünya futbolu
Toni Kroosun gələcəyi ilə bağlı suala aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, o, klubu ilə yenidən anlaşıb.

“Real” təcrübəli futbolçusu ilə müqaviləni yeniləyib. Madrid klubunun rəsmi saytının yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti gələn il iyunun 30-na qədər nəzərdə tutulub. Almaniyalı futbolçu “Real”da 2014-cü ildən çıxış edir. DÇ-2014-ün qalibi olan Toni son mövsümdə “Real”da 50 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.