Miller ilk matçda şans qazanmadı

18.06.2026 07:11 16
Dünya futbolu / DÇ 2026
“Turan Tovuz”un futbolçusu Roderik Millerin milli komandası olan Panama bu gün DÇ-2026-da ilk oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisinin yığması L qrupunda Qana ilə qarşılaşıb və 90+5-ci dəqiqədə buraxdığı qolla uduzub - 0:1.

Miller əvvəldən axıradək ehtiyatda qalıb.