• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion məğlubiyyətlə bitirdi, “Monako” avrokuboklardan kənarda qaldı - TURUN ŞƏRHİ

Dünya futbolu

7-06-2023, 13:0

Fransa çempionatının son turu ilə bağlı xüsusi intriqa yox idi. Vaxtından əvvəl çempionluğu təmin edən PSJ evdə “Klermon”a uduzdu. Bu, Messi, Ramos və Qaltye üçün Paris klubunda son oyun idi. “Lans” liderdən cəmi 1 xal geri qaldı.

"Football-plus.az" xəbər verir ki, “qan-qızılılar” “Oser”i məğlub etməklə aşağı dəstəyə göndərdi. Turnirin əsas autsayderi “Anje”yə qalib gələn “Nant” elitada yerini qorudu.

Mövsümün digər uğursuzları “Trua” ilə “Ayaçço”du. Bürünc medalçı “Marsel”i məğlub edən korsikalılar elitanın qapısını möhkəm çırpdı. 4-cü yer uğrunda da gərgin mübarizə getdi. “Renn” səfərdə “Brest”in öhdəsindən gəldi, “Lill” isə “Trua” ilə oyunda büdrədi. Beləcə bretoniyalılar finişdə “şimallı itlər”i qabaqlamaqla Avropa Liqasına vəsiqə qazandı. “Lill” isə Konfrans Liqasında oynayacaq. “Monako”, ümumiyyətlə, avrokuboklardan kənarda qaldı. Artıq istefaya göndərilən Filipp Klemanın komandası evdə “Tuluza”ya uduzmaqla 6-cı yerdə qaldı.

PSJ son turda “Klermon”u qəbul etdi. İyulun 1-dən azad agent olacaq Messi ilə Ramos sonuncu dəfə Paris klubunun formasında meydana çıxmışdı. Baş məşqçi Kristof Qaltye də gedir. ÇL-i boşa verən, ölkə kubokunda 1/8 finalda dayanan, çempionluğu çətinliklə qazanan komandada belə dəyişikliklər təbiidi. Əsas məqam budu ki, PSJ-nin oyunu da ürəkaçan deyil. Konkret bu oyuna gəlincə, artıq 21-ci dəqiqədə 2:0 önə çıxan PSJ dayandı. Yeri gəlmişkən, PSJ-nin futbolçuları Serxio Rikonun üzləşdiyi bədbəxt hadisə üzündən qolları qeyd etmirdi. 29 yaşlı qapıçı at sürərkən yıxılıb və hazırda reanimasiyadadı. 24-cü dəqiqədə Ramosun kobud səhvindən yararlanan Qastyen fərqi azaltdı. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun 37-ci dəqiqəsində qonaqlardan Kiey penaltini boşa verdi. Bununla belə, ilk yarının uzatma dəqiqələrində hesab bərabərləşdi. Bu dəfə Donnarummanın çıxışda səhvindən Zeffan yararlandı. 2-ci hissədə isə meydan sahibləri hücum etdi, ancaq qolu “Klermon” vurdu. 63-cü dəqiqədə Kiey penaltiyə görə günahını yudu. PSJ sonda hücum dalğası təşkil edə bilmədi.

“Lans” mövsümü möhtəşəm keçirdi. Frank Hayzın komandası son turda elitada qalmaq uğrunda mübarizə aparan “Oser”ə rəhm etmədi. Burqundiyalılar bu tur ərəfəsində “Nant”ı qabaqlamaqla xilaskar 16-cı yerdə idi. “Bülbüllər” paralel keçən oyunda mövsümün əsas autsayderi “Anje” ilə qarşılaşırdı. “Oser” yalnız özünə bel bağlaya bilərdi, ancaq “Lans” çox güclü idi. 19-cu dəqiqədə hesabı açan Klod-Moris 2-ci hissənin əvvəlində daha bir qol vurdu. 71-ci dəqiqədə Nyanq intriqanı bərpa etsə də, ardından Openda mövsümdə 21-ci dəfə fərqlənməklə oyunun taleyini həll etdi.

Paralel keçən oyunda “Nant” “Anje”nin öhdəsindən gəldi. “Anje” və “Oser”lə yanaşı, “Ayaçço” və “Trua” da elitadan ayrılır, ancaq bu əvvəldən bəlli idi. Korsikalılar mövsümün son oyununda “Marsel”ə qalib gəldi. Böyük üstünlüyə malik olan cənublular Leruanın qapısına heç cür yol tapa bilmədi. “Ayaçço” isə “çərçivə”yə bir zərbə vurdu ki, o da qolla nəticələndi.

Mövsümboyu qeyri-sabit oyun göstərən “Monako” bir ara qələbə seriyası sayəsində hətta ÇL-ə vəsiqəyə ümid etsə də, sonluq hər şeyi yerinə qoydu. Evdə “Tuluza”ya uduzan “knyazlar” avrokuboklarda olmayacaq. Kubokun son sahibi qələbə topunu 3-cü uzatma dəqiqəsində vurdu.
“Lill” son tur ərəfəsində “Renn”i 1 xal qabaqlayırdı. “Şimallı itlər” autayderlərdən “Trua” ilə heç-heçə (1:1) etməklə “Renn”in “çörəyinə yağ sürtdü”. Burijonun dublu sayəsində “Brest”i məğlub edən bretoniyalılar Avropa Liqasının qrupuna vəsiqə qazandı. “Lill” isə Konfrans Liqasının təsnifat mərhələsində oynayacaq. Turun qalan oyunlarına gəlincə, “Loryan” “Strasbur”u məğlub etdi. “Nitsa” – “Lion”, “Reyms” – “Monpelye” oyunlarında eyni hesab (3:1) qeydə alındı. Sadəcə, birincidə meydan sahibləri, ikincidə qonaqlar qalib gəldi.

38-ci tur
PSJ – Klermon 2:3

Ramos, 16. Mbappe, 21-p. – Qastyen, 24. Zeffan, 45+1. Kiey, 63. (47926)
PSJ: Donnarumma (Letelye, 80), Pereyra (Qarbi, 90), Ramos, Bitşiabu (Markinyos, 80), Hakimi, Vitinya (Sanşeş, 57), Verratti, Zair-Emeri, Messi, Mbappe, Ekitike (Soler, 57).

Oser – Lans 1:3
Nyanq, 71 – Klod-Moris, 19; 48. Openda, 78. (17246)
Lans: Leka, Aydara, Danso (Onana, 65), Qradit, Frankovski, Əbdül Səməd, Klod-Moris (Said, 65), Maçado (Le Kardinal, 79), Tomasson, Füljini (Sotoka, 65), Openda (Buksa, 79).

Ayaçço – Marsel 1:0
Vidal, 88. (9500)
Marsel: Blanko (Lopes, 46), Kolaşinats, Balerdi (Beyi, 64), Mbemba, Ündər, Malinovski (Muqe, 80), Veretu, Kloss (Tavareş, 64), Kabore, Genduzi, Sançes (Vitinya, 64).

Brest – Renn 1:2
Belkebla, 36-p. – Burijo, 13; 45+4-p. (15143)
Renn: Ələmdar, Belosyan (Melinq, 79), Rodon, Omari, Traore (Assinyon, 86), Burijo (Uqoçukvu, 89), Santamariya, Mayer, Toko-Ekambi (Due, 86), Quiri, Dokyu (Kalimuendo, 86).

Trua – Lill 1:1
Lopeş, 72 – Diakite, 52. (11006)
Lill: Şevalye, Qudmundsson (Vea, 48), Aleksandro, Fonte, Diakite, Qomes (Baleba, 81), Andre, Ünas (Jeqrova, 73), Kabella (Bayo, 90), Bamba, Devid.

Monako – Tuluza 1:2
Ben Yedder, 78 – Abuhlyal, 71. Hili, 90+3. (5670)

Loryan – Strasbur 2:1
Fevr, 10; 36 – Belqard, 57. (16351)

Nant – Anje 1:0
Qanaqo, 16. (27650)

Nitsa – Lion 3:1
Boatenq, 5-öz qapısına. Lyabord, 28. Moffi, 33 – Jefinyo, 41. (25243)

Reyms – Monpelye 1:3
Baloqun, 28 – Vai, 54; 76. Nordin, 59. (15036)

Yekun cədvəl

1. PSJ 38 27 4 7 89-40 85
2. Lans 38 25 9 4 68-29 84
3. Marsel 38 22 7 9 67-40 73
4. Renn 38 21 5 12 69-39 68
5. Lill 38 19 10 9 65-44 67
6. Monako 38 19 8 11 70-58 65
7. Lion 38 18 8 12 65-47 62
8. Klermon 38 17 8 13 45-49 59
9. Nitsa 38 15 13 10 48-37 58
10. Loryan 38 15 10 13 52-53 55
11. Reyms 38 12 15 11 45-45 51
12. Monpelye 38 15 5 18 65-62 50
13. Tuluza 38 13 9 16 51-57 48
14. Brest 38 11 11 16 44-54 44
15. Strasbur 38 9 13 16 51-59 40
16. Nant 38 7 15 16 37-55 36
17. Oser 38 8 11 19 35-63 35
18. Ayaçço 38 7 5 26 23-74 26
19. Trua 38 4 12 22 45-81 24
20. Anje 38 4 6 28 33-81 18

Bombardirlər: Mbappe (PSJ) - 29, Lakazett (Lion) - 27, Devid (Lill) - 24, Baloqun (Reyms), Openda (Lans) – 21.

Faktlar
* İki dəfə çempion olan və Fransa Superkubokunu qazanan Messi cari mövsümdə bütün turnirlərdə 21 qol vurub, 20 məhsuldar ötürmə verib. Ümumilikdə PSJ-nin heyətində keçirdiyi 75 oyunda 32 qol və 35 ötürmə ilə yadda qalıb. Cari mövsümdə çempionatda keçirdiyi 33 oyunda 16 qol vuran və 16 məhsuldar ötürmə verən argentinalı 2-ci göstəricidə hamını qabaqladı. Onun ən yaxın izləyiciləri hərəyə 11 ötürmə ilə həmklubu Neymar və “Marsel”dən Klossdu.
* Mbappe ardıcıl 5-ci dəfə Fransa çempionatının bombardiri oldu.

Turun rəqəmi
24 – PSJ başa çatan mövsümdə ev oyunlarında bu qədər qol buraxıb. Bu isə parislilər üçün 1984/85 mövsümündən bəri ən pis göstəricidi. Həmin mövsümdə PSJ-nin rəqibləri “Park de Prens”də 28 qol vurmuşdu.

Turun ulduzu
Benjamen Burijo (Renn) – dubl edən təcrübəli yarımmüdafiəçi komandasının cari mövsümü 4-cü yerdə bitirməsində önəmli rol oynadı. Onun hesabında 10 məhsuldar ötürmə də var.

Turun sitatı
Neymar, PSJ-nin hücumçusu (Messinin gedişi ilə bağlı): “Qardaş, düşündüyümüz kimi alınmadı. Ancaq biz hər şeyi sınadıq. Daha iki ili səninlə paylaşmaq xoş idi. Yeni mərhələdə uğurlar, xoşbəxt ol. Mən səni sevirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 22:0

PSJ çempion oldu, “Monako” isə... – TURUN ŞƏRHİ

Dünya futbolu

28-04-2023, 14:0

PSJ və “Marsel” qazandı, “Monako” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 14:0

Liderlər qələbə qazandı, elitadan gedənlərdən üçü müəyyənləşdi – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

10-05-2023, 19:0

PSJ sona 4 tur qalmış 6 xal önə çıxıb - TURUN ŞƏRHİ

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə