• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ sona 4 tur qalmış 6 xal önə çıxıb - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 19:0

PSJ sona 4 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 6-ya çatdırdı.

"Football-plus.az" xəbər verir ki, bu, “Lans”ın “Marsel”i məğlub etməsindən və cənubluları arxada qoymasından sonra mümkün oldu. “Monako” da “Anje”yə qalib gəlməklə “avrokubok zonası”nda yerini qorudu. Avrokuboklara 5-ci vəsiqə uğrunda mübarizədə dəyişiklik yoxdu. “Lill” “Reyms”ə uduzdu, “Renn” isə “şimallı itlər”in büdrəməsindən yararlana bilmədi, “Nitsa” ilə oyunda məğlubiyyətlə barışdı. “Monpelye” ilə oyunda 1:4 geri düşən “Lion” nəinki hesabı bərabərləşdirdi, hətta qələbə topunu da vurdu. Ölkə kubokunun finalında uduzandan sonra ardıcıl iki oyunda büdrəyən “Nant”ın düşmə zonasına yuvarlandığını da vurğulayaq.

PSJ cəzalı Messinin yoxluğunda səfərdə “Trua” ilə qarşılaşdı. Bu komandanı artıq aşağı düşməkdən heç nə xilas etməyəcək, sadəcə, mövsümü yola verirlər. “Lans” bir gün əvvəl “Marsel”i məğlub etdiyindən liderlə xal fərqini 3-ə endirmişdi, yəni parislilər müəyyən təzyiq altındaydı. Hesab erkən açıldı. 8-ci dəqiqədə Zair-Emerinin asmasından sonra müdafiəçidən səkən top Mbappenin önünə düşdü və o, mövsümdə 24-cü qolunu vurmaqda əziyyət çəkmədi. Qaltyenin yetirmələri üstün təsir bağışlasa da, zaman-zaman “boşalmış” kimi görünürdü. Xüsusən də karyerasında 1000-ci oyunu keçirən Ramosun rəhbərlik etdiyi müdafiəçilər etibarlılıq etalonu deyildi. PSJ 59-cu dəqiqədə 2-ci qolu da vurdu. İlk zərbəsi qapıçıdan dönən Vitinya təkrar zərbə ilə topu tora göndərdi. Qonaqlar sonda bir qədər arxayınlışdı və bu da Şavalerenin fərqi azaltmasıyla nəticələndi. Ancaq intriqa çox yaşamadı. 86-cı dəqiqədə Ruis yenidən iki top fərqini bərpa etdi.

“Lans” – “Marsel” oyunu təcrübəli Sançesin meydan sahiblərini məyus etməsiylə başladı. Ancaq VAR qonaqların sevincini qursağında qoydu. Hakimlər briqadasının fikrincə, çilili ulduz topu alarkən Dansoya qarşı qaydanı pozmuşdu. Hərçənd bu qərar yetərincə mübahisəliydi. Ardından meydanda çox sərt mübarizə getdi və bunun nəticəsi kimi Jiqo 29-cu dəqiqədə yerini Balerdiyə verməli oldu. Hesabı hissənin sonunda uzaq məsafədən möhtəşəm zərbə ilə Fofana açdı. 2-ci hissə də sərt mübarizə şəraitində başadı. Openda yerə uğursuz düşdü və az qala ciddi zədə alacaqdı. 60-cı dəqiqədə məhz belçikalı meydan sahiblərinin üstünlüyünü artırdı. “Marsel” qətiyyən uduzmaq istəmirdi, İqor Tudor texniki zonada özünə yer tapa bilmirdi. Ancaq onun komandasının gücü yalnız 88-ci dəqiqədə təsəlli qolunu vurmağa çatdı.

Mövsümün əsas autsayderi “Anje”nin qonağə olan “Monako”ya “Lans” və “Monpelye” önündəki məğlubiyyətlərdən sonra yalnız qələbə lazım idi. Yeri gəlmişkən, “knyazlar”ın baş məşqçisi Filipp Kleman məşqə gecikən kapitan Ben Yedderin adını iştirak ərizəsindən çıxarmışdı. Karyerasının ən yaxşı mövsümlərindən birini keçirən Qolovin hissənin sonunda hesabı açmaqla qələbənin təməlini qoydu. Maraqlıdı ki, o, ilk dövrədə də “Anje”nin qapısına bu qolun eynisini vurmuşdu. Fasilədən sonra oyunun tempi aşağı düşdü. 60-cı dəqiqədə mərkəzdə topu ələ keçirən “knyazlar” sürətli əks-hücum qurdu və Boadu oyunun taleyini həll etdi. Bundan dərhal sonra Sima qollardan birinin əvəzini çıxdı. Qələbənin əldən çıxa biləcəyini anlayan “Monako” sonda müdafiə olunmağa üstünlük verdi.

“Lion” – “Monpelye” oyununu izləməyə dəyərdi. 31-ci dəqiqədə “şirlər”in kapitanı Lakazett hesabı açsa da, qonaqlar buna əsas ulduzu, 20 yaşlı Vainin dublu ilə cavab verdi. 2-ci hissənin əvvəlində “Monpelye”nin qazandığı penaltini də Vai qola çevirdi. 55-ci dəqiqədə adı çəkilən futbolçu poker etdi və hesab artıq 1:4 oldu. Belə məğlubiyyətin əvəzini çıxmaq mümkündümü? Niyə də yox?! 59-cu dəqiqədə “Lion”da yenə Barkola – Lakazett tandemi işə düşdü. Birinci ötürmə verdi, ikinci topu Lekomtun qoruduğu qapıdan keçirdi. 70-ci dəqiqədə Lovrenin fərqi minimuma endirməsiylə “şirlər” bir qədər də ümidləndi. 82-ci dəqiqədə Lakazett Barkolanın 3-cü məhsuldar ötürməsindən yararlandı – 4:4! Ancaq bu da son deyildi. 8-ci uzatma dəqiqəsində Lakazett penalti qazandı və özü də zərbəni yerinə yetirdi. “Şirlər” fantastik qələbə qazandısa, Lakazett artıq bombardirlər cədvəlinin önündə qərarlaşıb. Əlbəttə, Mbappe ilə birgə.

“Reyms”in qonağı olan “Lill” zimbabveli Munetsinin qoluna əngəl ola bilmədi və sona qədər hesab dəyişmədi. “Şimallı itlər” 5-ci pillədə qərarlaşıb, onların ən yaxın izləyicisi isə yenə də “Renn”di. Bretoniyalılar hesabat turunda “Nitsa”ya uduzdu.

“Tuluza” hələ də ölkə kubokunu qazanmağın eyforiyasından ayılmayıb. Filipp Montanyenin komandası autsayderlərdən “Ayaçço”nun müdafiəsini yara bilmədi. “Oser” – “Klermon” oyunu da “sülh”lə bitdi. “Loryan” “Brest”in müqavimətini qırdı. Evdə “Strasbur”a uduzan “Nant”ın çöküşü davam edir. Cari mövsümdə 14-cü məğlubiyyətini alan Antuan Kombuarenin komandasının vəziyyəti düzəltmək üçün 4 oyunu var.

34-cü tur
Trua – PSJ 1:3
Şavaleren, 83 – Mbappe, 8. Vitinya, 59. Ruis, 86.
PSJ: Donnarumma, Pereyra, Ramos, Markinyos, Zair-Emeri, Vitinya (Qarbi, 90+3), Verratti (Sanşeş, 80), Ruis, Bernat, Ekitike (Soler, 80), Mbappe.
Lans – Marsel 2:1
Fofana, 42. Openda, 60 – Payet, 88. (38220)
Lans: Samba, Medina, Danso, Qradit, Frankovski, Onana (Poreba, 89), Fofana, Maçado (Aydara, 57), Füljini (Tomasson, 57), Sotoka, Openda (Buksa, 89).
Marsel: Lopes, Kolaşinats, Jiqo (Balerdi, 29), Mbemba (Genduzi, 76), Kloss (Kabore, 76), Ronjye, Veretu, Tavareş, Malinovski (Payet, 76), Ündər, Sançes (Vitinya, 46).
Anje – Monako 1:2
Sima, 64 – Qolovin, 45. Boadu, 60. (9223)
Monako: Nübel, Enrike, Matsima, Disasi, Vanderson (Diop, 78), Matazo (Kamara, 63), Fofana, Minamino (Ben Seqir, 78), Qolovin (Yakobs, 88), Diatta (Folland, 88), Boadu.
Lion – Monpelye 5:4
Lakazett, 31; 59; 82; 90+9-p. Lovren, 70 – Vai, 40; 41; 53-p.; 55. (49531)
Reyms – Lill 1:0
Munetsi, 21. (17911)
Nitsa – Renn 2:1
Lyabord, 49. Moffi, 71 – Burijo, 77. (22601)
Ayaçço – Tuluza 0:0
(2000)
Oser – Klermon 1:1
Ture, 36 – Haui, 54. (16330)
Loryan – Brest 2:1
Kone, 32; 51 – Del Kastilyo, 69-p. (16338)
Nant – Strasbur 0:2
Diallo, 26-p. Diarra, 47. (28563)

1. PSJ 34 25 3 6 79-35 78
2. Lans 34 21 9 4 57-26 72
3. Marsel 34 21 7 6 62-34 70
4. Monako 34 19 7 8 68-51 64
5. Lill 34 17 8 9 60-41 59
6. Renn 34 17 5 12 56-38 56
7. Lion 34 16 8 10 57-41 56
8. Nitsa 34 13 12 9 42-32 51
9. Loryan 34 14 9 11 48-46 51
10. Reyms 34 12 14 8 41-35 50
11. Klermon 34 14 8 12 37-44 50
12. Monpelye 34 13 4 17 56-57 43
13. Tuluza 34 12 6 16 48-55 42
14. Strasbur 34 8 11 15 46-55 35
15. Brest 34 8 11 15 38-50 35
16. Oser 34 8 10 16 32-56 34
17. Nant 34 6 14 14 35-50 32
18. Ayaçço 34 6 5 23 22-61 23
19. Trua 34 4 10 20 42-73 22
20. Anje 34 3 5 26 28-74 14
Bombardirlər: Lakazett (Lion), Mbappe (PSJ) - 24, Devid (Lill) - 21, Openda (Lans) – 19.
Növbəti turun oyunları mayın 12-14-ü aralığında keçiriləcək: Lans – Reyms, Strasbur – Nitsa, PSJ – Ayaçço, Klermon – Lion, Brest – Oser, Monpelye – Loryan, Renn – Trua, Tuluza – Nant, Monako – Lill, Marsel – Anje.

Faktlar
* Qolovin cari mövsümdə 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Rusiyalı yarımmüdafiəçi komanda yoldaşları arasında yalnız Ben Yedderdən (17+5) geri qalır.
* Mbappe 2022/23 mövsümündə PSJ-nin və Fransa yığmasının heyətində 47 qol vurub.

Turun rəqəmi
1000 – karyerasının qürub çağını yaşayan Ramos karyerasında oyun sayını bu həddə çatdırdı. Xatırladaq ki, 37 yaşlı müdafiəçi peşəkar səviyyədə çıxışa 2002-də “Sevilya”da başlayıb, uzun müddət “Real”da oynayandan sonra 2021-də PSJ-yə keçib. İspaniya yığmasında 180 oyun keçirib, 23 qol vurub.

Turun ulduzu
Aleksandr Lakazett (Lion) – bu ay 32 yaşını tamamlayacaq təcrübəli hücumçu ikinci gəncliyini yaşayır. “Lion” mövsümün sonunda avrokuboklara vəsiqə qazansa, bu ilk növbədə Lakazettin əməyi olacaq. Mbappenin oynadığı çempionatda bombardirlik uğrunda mübarizə aparmaq asan məsələ deyil.

Turun sitatı
Franko Kamotsi, “Spartak”ın sabiq sahibi Fedunun keçmiş köməkçisi: “Qolovin məhsuldar hərəkətləriylə “Monako” səviyyəsini aşdığını göstərir. Rusiyalı oyunçunun Messi kimi statistikaya malik olması çox şey deyir. Sözsüz, Qolovin başqa yerə uz tutmalıdı, o, A seriyasının top-klublarında “açıla” və yeni səviyyədə oynaya bilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

28-04-2023, 14:0

PSJ və “Marsel” qazandı, “Monako” darmadağın oldu – TURUN ŞƏRHİ

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:53
    Belçika İranın müqavimətini qıra bilmir - DÇ gecəsi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə