• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər qələbə qazandı, elitadan gedənlərdən üçü müəyyənləşdi – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 14:0

“Ayyaço”nu darmadağınla aşağı dəstəyə göndərən PSJ-ni indi çempionluqdan bir addım ayırır.

Hesabat turunda 4-cü dəfə elitadan gedən “Ayaçço” ilə yanaşı, “Trua”nın da aşağı yuvarlanması rəsmiləşdi. Liderin ən yaxın izləyiciləri – “Lans” və “Marsel” əzmkar qələbə qazandı. Evdə “Lill” ilə qolsuz heç-heçə edən “Monako” “şimallı itlər”i 4-cü pilləyə yaxın buraxmadı.

PSJ-nin qonağı olan “Ayaçço”nun məğlubiyyət təqdirində elitadan gedəcəyi aydın idi. Diktor heyətləri açıqlayarkən azarkeşlər növbəti dəfə Messini fitə basdı, Mbappeni isə alqışladı. Argentinalı bu oyunda yaxşı təsir bağışlamadı, amma PSJ asan qələbə qazandı. Komandalardan biri o birisinin qapısından 5 cavabsız qol keçirirsə, hansısa müqavimətdən danışmağa dəyməz. Qaltyenin qanını qaraldan yeganə məqam Hakiminin meydanda olduğu son iki oyunun hər birində qırmızı vərəqə ilə cəzalanmasıdı. Mərakeşli müdafiəçi bu dəfə 77-ci dəqiqədə - artıq oyunun taleyi həll olunandan sonra qovuldu.

“Reyms”i qəbul edən “Lans” çox tez çətin vəziyyətə düşdü. 19-cu dəqiqədə mərkəz müdafiəçisi Danso “son ümid folu”na görə meydandan qovulması azmış kimi, komandasının penalti ilə cəzalanmasına səbəbkar oldu. Baloqunun hesabı açması “qan-qızılılar”ı ruhdan salmadı. Məşqçi korpusu dəyişiklik etmədi və sadəcə, oyun sxeminə əl gəzdirdi. Hissənin sonunda artıq “Lans” penalti qazandı və Frankovski dəqiq oldu. 55-ci dəqiqədə Fofananın qolu ilə irəli çıxan meydan sahibləri qələbə hesabını çətinliklə qorudu. Təkcə bir faktı xatırladaq: “Reyms”in künc zərbəsində 14:0 (!) üstünlüyü qeydə alındı.

“Lans”la 2-ci yer uğrunda mübarizə aparan “Marsel” çoxdan elitada qalmaq şansını itirən “Anje”ni qəbul etdi. Bu oyunda da hesabı qonaqlar açdı. Dərhal hücuma atılan cənublulardan 34-cü dəqiqədə Sançes fərqləndi. Təcrübəli çilili hücumçu 2-ci hissənin əvvəlində Payetə məhsuldar ötürmə verdi. Oyunda son nöqtəni isə 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Veretu qoydu.

Evdə “Lill” ilə qarşılaşan “Monako” heç-heçəyə görə ilk növbədə Nübelə minnətdar olmalıdı. Almaniyalı qapıçı dəfələrlə “knyazlar”ı qoldan xilas etdi.
“Tuluza” ilə “Nant” aprelin 29-da ölkə kubokunun finalında qarşılaşmışdı. Həmin oyunda 5:1 hesabıyla qalib gələn “Tuluza” tarixində ilk titiulu qazanmışdı. Budəfəki qarşılaşma qolsuz bitdi. Xalı 33-ə bərabər olan “bülbüllər” təhlükəli 17-ci pillədədi. Xatırladaq ki, növbəti mövsümdən elitada komanda sayı 18-ə endiriləcəyindən 17-ci yeri tutan da aşağı dəstəyə düşür. “Oser”ə qalib gələn “Brest” bu mənada vəziyyətini bir qədər yaxşılaşdırdı.

Turun qalan oyunlarına gəlincə, turnir cədvəlindəki qonşusu “Klermon”un qonağı olan “Lion” acınacaqlı şəkildə uduzdu. Lakazett 22-ci dəqiqədə hesabı açdı və 90+5-ci dəqiqədə penaltini boşa verdi. Bu hadisələr arasında isə “Klermon”dan Kiey dubl etdi.
Avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirən “Renn” 4 cavabsız qolla “Trua”nı aşağı dəstəyə göndərdi. “Strasbur” “Nitsa”nı məğlub etdi, “Monpelye” – “Loryan” oyununda qalib müəyyənləşmədi.

35-ci tur
PSJ – Ayaçço 5:0

Ruis, 22. Hakimi, 33. Mbappe, 47; 54. Yussuf, 73-öz qapısına. (47000)
PSJ: Donnarumma, Pereyra, Ramos, Markinyos, Hakimi, Verratti (Vitinya, 64), Ruis (Sanşeş, 64), Bernat (Zair-Emeri, 83), Mbappe, Ekitike (Soler, 83), Messi.
Lans – Reyms 2:1

Frankovski, 40-p. Fofana, 55 – Baloqun, 23-p. (37701)
Lans: Samba, Medina, Danso, Qradit, Frankovski, Əbdül Səməd, Fofana, Maçado (Aydara, 70), Sotoka, Tomasson (Füljini, 89), Openda (Onana, 78).
Marsel – Anje 3:1
Sançeç, 34. Payet, 48. Veretu, 77-p. – Sima, 28. (61130)
Marsel: Lopes, Kolaşinats (Beyi, 83), Balerdi, Ronjye, Ündər, Veretu, Genduzi (Mbemba, 73), Kloss (Tavareş, 65), Payet (Vitinya, 65), Malinovski, Sançes (Kabore, 73).
Monako – Lill 0:0
(6805)
Monako: Nübel, Enrike, Matsima, Disasi, Vanderson, Matazo, Fofana, Yakobs, Qolovin (Embolo, 74), Minamino (Akliuş, 74), Boadu (Ben Seqir, 59).
Strasbur – Nitsa 2:0
Diallo, 1; 59-p. (25147)
Klermon – Lion 2:1
Kiey, 25-p.; 65 – Lakazett, 22. (13191)
Brest – Oser 1:0
Le Duaron, 70. (15028)
Monpelye – Loryan 1:1
Mauassa, 90+4 – Fevr, 68. (12595)
Renn – Trua 4:0
Teate, 14. Burijo, 65. Toko-Ekambi, 71; 74. (27836)
Tuluza – Nant 0:0
(27033)

1. PSJ 35 26 3 6 84-35 81
2. Lans 35 22 9 4 59-27 75
3. Marsel 35 22 7 6 65-35 73
4. Monako 35 19 8 8 68-51 65
5. Lill 35 17 9 9 60-41 60
6. Renn 35 18 5 12 60-38 59
7. Lion 35 16 8 11 58-43 56
8. Klermon 35 15 8 12 39-45 53
9. Loryan 35 14 10 11 49-47 52
10. Nitsa 35 13 12 10 42-34 51
11. Reyms 35 12 14 9 42-37 50
12. Monpelye 35 13 5 17 57-58 44
13. Tuluza 35 12 7 16 48-55 43
14. Strasbur 35 9 11 15 48-55 38
15. Brest 35 9 11 15 39-50 38
16. Oser 35 8 10 17 32-57 34
17. Nant 35 6 15 14 35-50 33
18. Ayaçço 35 6 5 24 22-66 23
19. Trua 35 4 10 21 42-77 22
20. Anje 35 3 5 27 29-77 14

Bombardirlər: Mbappe (PSJ) - 26, Lakazett (Lion) - 25, Devid (Lill) - 21, Diallo (Strasbur) – 20.
Növbəti turun oyunları mayın 19-21-i aralığında keçiriləcək: Lion – Monako, Nant – Monpelye, Lill – Marsel, Ayaçço – Renn, Brest – Klermon, Nitsa – Tuluza, Reyms – Anje, Trua – Strasbur, Loryan – Lans, Oser – PSJ.

Fakt
Mbappe İkinci Dünya Müharibəsindən sonra Liqa 1-in dörd mövsümündə ən azı 25 qol vuran ikinci fransalı futbolçudu. O, cari mövsümlə yanaşı, 2018/19, 2020/21, 2021/21 mövsümlərində də bunu bacarıb. Bu mənada cığıraçan rolunu Tade Sizovski oynayıb (1955/56, 1956/57, 1958/59, 1959/60).
Turun rəqəmi
6 – “Trua” yüksək liqada keçirdiyi 11 mövsüm ərzində 6-cı dəfə aşağı yuvarlandı. Bu isə Liqa 1-də ən azı 10 mövsüm keçirən komandalar arasında ən pis nəticədi.

Turun ulduzu
Kilian Mbappe (PSJ) – dubl etdi, Hakimi də onun qapıçıdan dönən zərbəsini qola çevirdi. Həmişəki kimi fəal oldu, komandasının qələbəsi üçün əlindən gələni etdi. PSJ-nin çempionluğu öz yerində, Kilian da mövsümü bombardir kimi bitirmək üçün çalışır.

Turun sitatı
Tyerri Anri, fransalı sabiq hücumçu (PSJ azarkeşlərinin Messini fitə basması ilə bağlı):

“Fit səslərini anlayıram, ancaq bunu qəbul etməyə məcbur deyiləm. Leo ilk dəfə fitə basılmır. Adamlar deyə bilər ki, bu və ya başqa səbəbdən belə münasibəti haqq edib, ancaq PSJ-nin problemi Messi ilə bağlı deyil. Bu fit səslərini ona görə anlayıran ki, heç kim klubdan yüksəkdə dayana bilməz. Ancaq çempionluğa iddialı komandanın oyunçusunun fitə basılması nadir haldı. Mən Messi ilə birgə oynayanda o heç vaxt problem deyildi, problemin həlli idi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-04-2023, 14:0

PSJ və “Marsel” qazandı, “Monako” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

4-05-2023, 17:0

“Lans” ÇL-ə vəsiqəyə çox yaxındı – TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 16:0

PSJ uduzdu, “Monako” darmadağın oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 14:0

PSJ çempionluq yolunda böyük addım atdı – TURUN ŞƏRHİ

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə