• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

12-04-2023, 19:0

Fransa çempionatı tədricən finiş xəttinə yaxınlaşır. İndi hər xal itkisi sonda komandalara baha başa gələ bilər.

“Football-plus.az” xəbər verir ki, çempionluğa ən yaxın görünən PSJ “Nitsa” ilə səfər oyununda Messinin sayəsində qalib gəldi. Liderin ən yaxın izləyicisi “Lans” isə “Strasbur”un müqavimətini çətinliklə qırdı. ÇL-ə vəsiqəyə iddialılardan “Marsel”lə “Monako” büdərdi. Cənublular “Loryan”la oyunda heç-heçə etdisə, “Nant”la oyunda 2:0 önə çıxan “knyazlar” qələbəni əldən verdi. “Lill”in aşkar autsayder “Anje”yə uduzması turun sensasiyasıdı. “Renn” də Loran Blanın rəhbərliyi altında çox baxımlı oyun göstərməyə başlayan “Lion”a uduzdu.

PSJ “Nitsa”nın qonağı idi. Parislilərin baş məşqçisi Kristof Qaltye ötən mövsüm məhz bu komandanı çalışdırırdı. Yerli azarkeşlər Qaltyenin “xərcəng”dən əziyyət çəkən anasıyla bağlı təhqiramiz plakat açmışdı. Hücum futbolu nümayiş etdirən “Nitsa” çoxlu təhlükəli vəziyyət yaratdı, 21 zərbə vurdu, amma qola həsrət qaldı. Hesabı 26-cı dəqiqədə Mendeşin ötürməsindən sonra Messi açdı. Hissənin sonluğu “qartallar”ın üstünlüyü şəraitində keçdi. 2-ci hissənin əvvəlində PSJ-nin köməyinə qapı tiri çatdı. 52-ci dəqiqədə Donnarumma Pepenin zərbəsinin qarşısını aldı. Ümumiyyətlə, italiyalı qolkiper bu oyunda möhtəşəm təsir bağışladı, dəfələrlə komandasını qoldan xilas etdi. 76-cı dəqiqədə Messinin yerinə yetirdiyi künc zərbəsindən sonra fərqi artıran Ramos qalibi müəyyənləşdirdi.
“Lans” evdə “Strasbur”la qarşılaşdı. Bu komandalar ilk dövrədəki oyundan məhsuldar heç-heçə (2:2) ilə ayrılmışdı. “Qan-qızılılar” bu dəfə büdrəmədi. Onları 11-ci dəqiqədə Frankovski irəli çıxardı. Hissənin qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçdi. Fasilədən sonra isə qonaqlar hücum etdi, qolu yenə meydan sahibləri vurdu. Medina gözlənilmədən cərimə meydançası xaricindən zərbə vurdu, qapıçı onu dəf etməyə hazır deyildi. Qonaqlar, daha dəqiqi, Qameyro 84-cü dəqiqədə intriqanı bərpa etsə də, “Strasbur”un bundan artığına gücü çatmadı.
“Marsel” hazırda möhkəm ortabablardan sayılan “Loryan”ın qonağı idi. Meydandakı ən fəal oyunçu olan Cengiz Ündərin canfəşanlığına rəğmən, hesabı açmaq mümkün olmadı. Düzünə qalsa, qolsuz heç-heçə bu oyunun qanunauyğun nəticəsidi.
“Monako” turnir cədvəlinin ikinci “10-luğ”unda qərarlaşsa da, kubokun finalına çıxan “Nant”la səfərdə qarşılaşdı. Ilk yarını yaxşı keçirən “knyazlar” fasilədən sonra çox zəif oynadı. 21-ci dəqiqədə Disasi hesabı açdı, yarım saatın tamamında isə Matazo mövsümdəki ilk qolunu vurdu. 2-ci hissədə meydanda bir komanda – “Nant” var idi. 65-ci dəqiqədə misirli Məhəmmədə məhsuldar ötürmə verən Blas 78-ci dəqiqədə hesabı bərabərləşdirdi.
Qələbəni əldən verən “Monako”nun bəxtindən “Lill” də hesabat turunda xal itirdi. Buna qədər yalnız iki qələbəsi olan, elitanı tərk edəcəyi heç kimdə şübhə doğurmayan “Anje” avrokuboklara vəsiqəyə iddialı “şimallı itlər”i məğlub etdi. “Renn”i qəbul edən “Lion” əzmkar qələbə qazandı. “Şirlər” Quirinin hesabı açmasına üç qolla cavab verdi. Turun qalan oyunlarına gəlincə, “Oser” səfərdə autsayder “Ayaçço”nu darmadağın etdi, “Tuluza” isə “Monpelye”yə qalib gəldi. “Reyms”lə “Brest” meydandan “sülh”lə ayrıldı. Meydan sahiblərini məğlubiyyətdən 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə mövsümdəki 18-ci qolunu vuran Baloqun qurtardı. Nəhayət, “Klermon” “Trua”nı iki cavabsız qolla məğlub etdi.

Turun rəqəmi
1 – Messi PSJ-nin heyətində son 5 oyunda bir qol vurub. Argentinalı ulduz sonuncu dəfə martın 4-də - “Nant”la oyunda (4:2) fərqlənmişdi. O, cari mövsümdə keçirdiyi 25 çempionat oyununda 14 qol vurub və 14 məhsuldar ötürmə verib.

Turun ulduzu
Lionel Messi (PSJ) – möhkəm ortabablardan olan “Nitsa” ilə oyunun taleyini qol və məhsuldar ötürmə ilə həll etdi. Leo həm də Avropa klublarının heyətində rəsmi oyunlarda qol sayına (702) görə Kriştiano Ronaldonu (701) arxada qoydu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

25-10-2022, 16:0

Messi və Qatye Fransada "at oynadır"

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

Dünya futbolu

9-08-2022, 16:0

Liqa 1-in ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
“Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
“Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq” – “Baku Sportinq”in baş məşqçisi
“Zirə”nin gənc futbolçusu Avropa yolunda
Son xəbərlər
  • Bu gün, 11:39
    AFFA-da növbəti seminar
  • Bu gün, 11:12
    Mahiri bu gün start heyətində görəcəyik?
  • Bu gün, 10:55
    Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək - ABL
  • Bu gün, 10:47
    1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
  • Bu gün, 10:26
    Millimiz Gürcüstana qarşı
  • Bu gün, 10:06
    “Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
  • Bu gün, 10:00
    Hidayət Heydərov mübarizəyə başlayır - AÇ
  • Bu gün, 09:49
    Ardanın “Şaxtyor”u yarımfinalda
  • Bu gün, 00:05
    Avrokuboklar üçün təşəkkür, gedə bilərsən, Berdıyev!
  • Dünən, 23:31
    Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
  • Dünən, 23:09
    Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''
  • Dünən, 22:56
    Yayda işini itirə bilər
  • Dünən, 21:55
    U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
  • Dünən, 21:24
    İngiltərədən Almaniyaya üz tutmaq şansı var
  • Dünən, 20:53
    Yeni mövsümdə “Milan”a lazım olmayacaq
  • Dünən, 20:22
    PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
  • Dünən, 19:52
    Levandovski “Barselona”da necə qala bilər?
  • Dünən, 19:21
    “Nyukasl”ı o da tərk edəcək?
  • Dünən, 18:59
    Rəhbərliklə danışıqlara başladı
  • Dünən, 18:28
    Məşhur futbolçu Sinqapura yollanacaq
  • Dünən, 17:57
    Argentinalı futbolçu artıq “Çelsi”ni bəyənmir
  • Dünən, 17:26
    İtaliya paytaxtını tərk etməyəcək
  • Dünən, 16:55
    “Sabah”da ciddi problem – “Qarabağ”la oyunlardan əvvəl həyəcan siqnalı...
  • Dünən, 16:24
    Millinin qızları azarkeşlərlə görüşdü
  • Dünən, 15:53
    Millimizin oyununu kim idarə edəcək?
  • Dünən, 15:22
    “Qalatasaray”la çempion olmuş məşqçi Okan Buruk haqda nələr dedi?
  • Dünən, 14:51
    Bacco da İtaliyaya görə narahatdı
  • Dünən, 14:20
    Evra Tevesi niyə hədələyib?
  • Dünən, 13:59
    Hakan Çalhanoğlunun meneceri ''Qalatasaray'' iddiaları haqda nə dedi?
  • Dünən, 13:28
    ''Atletik''in əfsanəsindən klubun siyasətinə sərt sözlər - ''İnsanları aldadırlar''
  • Dünən, 13:09
    “Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq” – “Baku Sportinq”in baş məşqçisi
  • Dünən, 12:57
    “Zirə”nin gənc futbolçusu Avropa yolunda
  • Dünən, 12:36
    ''Qalatasaray''da nə baş verir? - qruplaşma, soyuq müharibə, motivasiyasızlıq...
  • Dünən, 12:15
    “Kimyaçılar” “Sumqayıt”ı Tovuzda niyə tək qoydu? – açıqlama
  • Dünən, 11:54
    Türkiyə yığmasının üzvü bundesliqa klubunda qalası oldu
Daha çox
Oxunub: 141
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 140
“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 126
Avrokuboklar üçün təşəkkür, gedə bilərsən, Berdıyev!
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Oxunub: 112
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə