• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

5-04-2023, 21:0

Hesabat turunda PSJ cari mövsümdəki 5-ci məğlubiyyətlə barışdı.

"Football-plus.az" xəbər verir ki, parisliləri “Lion” məğlub etdi. Liderlə xal fərqini 4-ə endirmək üçün gözəl şans yaxalayan “Marsel” isə evdə “Monpelye”nin öhdəsindən gələ bilmədi. Səfərdə “Renn” üzərində vacib qələbə qazanan “Lans” belədə 2-ci pilləyə yüksəldi. 4-cü yerdə “Monako”, 5-ci yerdə isə “Lill” qərarlaşıb. Elitada qalmaq uğrunda mübarizəyə gəlincə, turnirin əsas autsayderi “Anje” gözlənilmədən “Nitsa”dan xal aldı, “Ayaçço” və “Trua” isə uduzdu.

Cari mövsümdə “Lion”un işləri heç də yaxşı getmir. Vaxtilə PSJ-ni və Fransa yığmasını çalışdıran Blanın gəlişindən sonra da vəziyyət düzəlməyib. Son üç oyunda heç-heçə edən “şirlər” Parisə səfər ərəfəsində 10-cu pillədə qərarlaşmışdı. Təbii ki, PSJ bu oyunun favoriti sayılırdı. Ancaq indi Qaltye və yetirmələri mentallıq problemi yaşayır, bu üzdən liderin oyununda istənilən hesab qeydə alına bilər. Oyun meydan sahiblərinin hücumlarıyla başlasa da, 36-cı dəqiqədə məhz onların qapısına penalti təyin olundu. Ancaq Lakazettin zərbəsi dirəkdən döndü. 2-ci hissənin əvvəli sakit keçdi. 56-cı dəqiqədə Barkola qonaqları hesabda irəli çıxardı. Oyunun sonrakı bölümündə Hakimi və Mbappe hesabı bərabərləşdirməyə yaxın olsa da, PSJ-nin belə oyunla məğlubiyyəti haqq etdiyini vurğulamalıyıq.

“Lans” son vaxtlar parlaq oyun göstərən “Renn”in qonağı idi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “qan-qızılılar” 31-ci dəqiqədə qol istəyinə çatdı. Sotokanın asmasından sonra Openda başla topu Mandandanın qoruduğu qapıdan keçirdi. 2-ci hissə də “Lans”ın hücumlarıyla başladı. 53-cü dəqiqədə Fofana yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. “Renn” tədricən üstünlüyü ələ keçirdi. Kalimuendo və Mayer hesabı bərabərləşdirə bilərdi. 87-ci dəqiqədə Omarinin qolu ofsayd üzündən sayılmadı. Qələbə hesabını qoruyan “Lans” “Marsel”i 2-ci pillədən sıxışdırdı.

Çünki cənublular evdə “Monpelye”nin müqavimətini qıra bilmədi. Artıq 12-ci dəqiqədə Nordin qonaqları önə keçirdi. Hissənin sonun yaxın “Monpelye”nin qapısına penalti təyin olundu. Genduzi bu imkanı boşa vermədi. Təhlükəli vəziyyətlər baxımından kasad alınan 2-ci hissədə hesabı dəyişmədi.
“Monako” – “Strasbur” oyununda əsl triller yaşandı. “Knyazlar” 19-cu dəqiqədə hesabı açsa da, fasiləyə məğlub durumda yollandı – 1:2. Amma Ben Seqir hesabı bərabərləşdirəndən sonra qolların davamı gəldi. Diopla Fofananın qolları oyunun taleyini həll etdi. Qonaqların gücü 3-cü uzatma dəqiqəsində fərqi azaltmağa çatdı.

“Lill” “Loryan”ın müqavimətini son dəqiqələrdə qırdı. 82-ci dəqiqədə oyuna qoşulan Jeqrova qalan müddətdə dubl etməyə imkan tapdı. Turun qalan oyunlarına gəlincə, aşkar autsayder “Anje” evdə “Nitsa”dan xal aldı. Düzdü, bu 1 xalın komanda üçün heç bir praktik faydası yoxdu. “Oser” “Trua” üzərində çox önəmli qələbə qazandı. “Brest” “Tuluza”nı məğlub etdi. “Klermon” “Ayaçço” ilə inadkar mübarizə şəraitində keçən oyunda qələbə topunu 2-ci uzatma dəqiqəsində vurdu. “Nant” gözlənilmədən evdə “Reyms”ə böyük hesabla uduzdu.

Turun rəqəmi
8 – PSJ ilin əvvəlindən bəri keçirdiyi oyunların, demək olar ki, yarısında uduzub. Parislilər cari təqvim ilində bütün turnirlərdə keçirdiyi 18 oyunda məğlubiyyət sayını 8-ə çatdırdı. Onlar “Lion”la oyuna qədər “Lans”a (1:3), “Renn”ə (0:1 və 0:2), “Marsel”ə (1:2), “Monako”ya (1:3) və “Bavariya”ya (0:1 və 0:2) uduzmuşdular. Komanda sonuncu dəfə belə aqibəti 2001-də yaşayıb. Onda ilin ilk 18 oyununda 9 məğlubiyyət qeydə alınmışdı.

Turun ulduzu
Lui Openda (Lans) – 23 yaşlı hücumçu karyerasındakı ən yaxşı mövsümlərdən birini keçirir. “Renn” ilə oyunda komandasına qələbə qazandıran belçikalı rəqibi daim təzyiq altında saxladı. Cari mövsümdə artıq 15 qol vurması təsadüfi deyil.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-10-2022, 16:0

Messi və Qatye Fransada "at oynadır"

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

DÇ 2026

15-02-2023, 14:0

PSJ büdrədi, “Monako” və “Lill” irəlilədi - Fransa çempionatı

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə