• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kamran Quliyev “Neftçi” azarkeşləri ilə görüşdü

Ölkə futbolu / Manşet

15-05-2023, 14:0

Cümə axşamı günorta saatlarında “feysbuk”dakı “Neftçi Baku Fan Page” səhifəsi maraqlı elanla gündəmə gəldi.

Xəbərdə “Neftçi” azarkeşləri ilə klub arasında görüşün baş tutacağı bildirildi. “Real addım istəyirdiz, bu da addım. Gəlin, birlikdə sözümüzü deyək!” cümləsinin əlavə edildiyi paylaşım qısa müddətdə xeyli bəyənmə və rəy topladı.

Əldə etdiyimiz məlumata görə, görüş dünən saat 17.00-da keçirilib. Hansı mövzular müzakirə olunub? “Neftçi”rəhbərliyi azarkeşlərin iradına necə münasibət bildirib?

"Football-plus.az" olaraq suallarımızı sözügedən səhifənin rəhbəri Elçin Bayramova ünvanladıq:

“Mən görüşdə iştirak edə bilmədim. İştirakçılardan biri ilə əlaqə saxlayaraq detalları öyrənmişəm.

Ümumiyyətlə, dəfələrlə rəhbərliklə görüşüb iradlarımızı bildirmişdik. Sağ olsunlar, həmişə olduğu kimi, bu dəfə də azarkeşləri səmimi qarşılayıb, iradları dinləyiblər. Əsas görüş klub prezidenti Kamran Quliyevlə olub. Azarkeşlər ondan istefa tələb ediblər. 2-3 saat davam edən müzakirələr zamanı prezident durumu izah edib, problemlərin səbəblərini əsaslandırmağa çalışıb.

Anladığım odu ki, Kamran bəy istefa vermək fikrində deyil. Çünki təyinat alanda “Neftçi”nin vəziyyəti indikindən daha betər idi. Bunu əsas gətirərək klubun az da olsa, dirçəlməsindən sonra geri çəkilmək istəmir. Bəs biz dərdimizi kimə deməliyik? Təbii ki, Kamran Quliyev prezident kimi məsuliyyət daşımalıdı. Təəssüf ki, cari mövsümdə xeyli sayda azarkeş “Neftçi”nin durumundan narazıdı.

Əsas çatışmazlıq verilən sözlərin tutulmamasıdı. Başa düşmürük ki, Azərbaycan futbolunun ən nüfuzlu, həm maddi, həm də texniki cəhətdən yüksək səviyyəli klubu niyə bu gündə olmalıdı? Bu “futbol ili”ndə üzümüz gülmədi. Bu komanda bizim meydanda görmək istədiyimiz “Neftçi” deyil. Futbolçular oynamır. Bu qədər geriləmə normal deyil.

Ölkə kubokunun yarımfinalında 2:0 məğlub etdiyimiz “Turan Tovuz” qisas oyununda 4 cavabsız qolla qələbə qazandı. Bu matç səbr kasamızı dolduran son damla oldu. Ümumiyyətlə, mövsümün əvvəlindən heç nə yolunda getmir. Məsuliyyət ilk növbədə baş məşqçi Laurentsiu Regekampfın üzərindədi. Daha sonra futbolçular, rəhbərlik və s. Heç olmasa, minimal hesabla uduzsaydılar, bizi qane edərdi. Anlayardıq ki, komandada müvəqqəti narahatlıq var. Axı, bu dərəcədə olmaz.

Təxminən 15-20 azarkeş görüşdə iştirak etdi. Artıq yerinə yetirilməyən vədlər eşitmək istəmədiyimizi dedik. Bizi başqa məsələlər maraqlandırmır. Nə baza, nə uşaq futbolu, nə də klubun daxili məsələləri. Sadəcə, mübarizə, baxımlı oyun tələb edirik.

Futbolçular elə çıxış etsinlər ki, məğlubiyyətlərinə də haqq qazandıra bilək. İzləyirik, sanki qaçmağa, oynamağa halları yoxdu. Niyə? Şükürlər olsun ki, “Neftçi”nin maddi baxımdan problemi yoxdu. Azarkeş olaraq həmişə dəstək göstərmişik. Heç vaxt onları meydanda tək qoymamışıq”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

11-05-2023, 17:0

Sabah “Neftçi”də vacib görüş keçiriləcək - AÇIQLAMA

Ölkə futbolu / Manşet

10-05-2022, 17:0

Samir Abasovun atmacası “Neftçi” azarkeşlərini ayağa qaldırdı

Ölkə futbolu

21-05-2022, 19:0

"Neftçi" azarkeşləri polisdən şikayətçidi - AÇIQLAMA

Premyer-liqa

3-03-2023, 12:0

“Neftçi” bu məsələ ilə bağlı azarkeşlərlə dəfələrlə danışıb - AÇIQLAMA

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə