• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çerçesovun unutmadığı “Qarabağ” - KÖŞƏ

Manşet / Yazarlar

13-05-2023, 22:0

Üç aydan sonra “Qarabağ”ın “Ferentsvaroş”u Budapeştdə məğlub etməsinin bir ili tamam olacaq.

Həmin o möhtəşəm tarixdən 365 gün keçəcək. Azərbaycan çempionu Bakıda keçirilən ilk oyunda azarkeşlərini qələbəylə sevindirə bilməmişdi.

Rusiyalı mütəxəssis Stanislav Çerçesovun çalışdırdığı “Ferentsvaroş” Bakıdakı oyundan sonra növbəti mərhələyə yüksəlmək şanslarını daha da artırmışdı. 1:1 hesablı heç-heçədən sonra istənilən hesabla qələbə macarları növbəti mərhələyə yüksəldəcək, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna doğru yürüşünü dayandıracaqdı. Səfərdə oynayan “köhlən atlar” rəqibini doğma meydanda məğlub edə bilməməklə tapşırığı bir qədər qəlizləşdirmişdi.

Vəziyyət belə tələb edirdi ki, qol axtaran tərəf məhz “Qarabağ” olacaqdı. Səfərdə oynayan komandamız rəqibin pusquda dayanıb, öz fürsətini gözləməsinə imkan verməmək üçün erkən qol vurmalıydı. Bu qol rusiyalı çalışdırıcı, hiyləgər Çerçesovun planlarını pozacaq, komandasını “açılmağa”, irəli getməyə məcbur edəcəkdi.

Bundan sonrası daha asan olacaqdı. Qurban Qurbanov Bakıdakı oyunda rəqibin güclü və zəif tərəflərini öyrənmiş, Macarıstan çempionunun kürəyini yerə vurmağın yollarını yetirmələrinə başa salmışdı. Əsas olan erkən qolu vurmaq idi ki, “köhlən atlar” bunu bacardı. Artıq 7-ci dəqiqədə Zubir azərbaycanlı azarkeşləri xoşbəxt edən, macarları şoka salan qolu Dibusun qorumağa çalışdığı qapıdan keçirdi. İlk hissəni öndə tamamlayan “Qarabağ” bununla vacib olan psixoloji üstünlüyü də əldə etmişdi.

İrəli atılan, cavab qolu vurmağa çalışan “Ferentsvaroş”un müdafiəsində mütləq boşluq tapılacaqdı ki, onda da rəqibə həlledici zərbəni endirmək imkanı yaranacaqdı.

Gözlədiyimiz məqam 54-cü dəqiqədə yetişdi, ikinci hissənin startından təxminən 9 dəqiq sonra. İlk yarı ilə paralellər aparanda görürük ki, “Qarabağ” hər iki hissənin əvvəllərində qol vurmağı bacarıb. Bu da təsadüf sayıla bilməzdi. Vaci 54-cü dəqiqədə meydan sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət etdi.

Bundan 24 dəqiqə sonra isə İbrahima özünün ikinci, “Qarabağ”ın üçüncü qolunu rəqibin qapısından keçirdi. 3:0 hesabı Macarıstan çempionu üçün hər şeyin sonunun gəldiyindən xəbər verirdi. Təcrübəli “Qarabağ”ın qalan 12 dəqiqə ərzində qapısından üç top buraxması, “Ferentsvaroş”un və Çerçesovun ölən ümidlərini yenidən cücərtməsi imkansız idi. Bütün gücünü toplayaraq irəli atılan Macarıstan çempionu Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıya bir dəfə yol tapa bildi. Traorenin 86-cı dəqiqədə vurduğu həmin qol “Ferentsvaroş” azarkeşləri üçün zəif təsəllidən başqa bir şey deyildi.

Üzərindən 9 ay keçəndən sonra yenidən həmin oyunu xatırlamağım, ayrı-ayrı epizodların üzərində dayanmağım heç də səbəbsiz deyil. Bəlkə də çoxunuz həmin matçdakı hesabı xatırlasaz da, detalları unutmusuz, qolların necə, neçənci dəqiqələrdə vurulduğunu yaddan çıxarmısız. Çünki “Qarabağ” bizi belə möhtəşəm qələbələrə, uğurlara öyrəşdirib. Amma rusiyalı mütəxəssis Stanislav Çerçesovun ölkəsinin mətbuatına verdiyi müsahibəni oxuyandan sonra mən o günləri xatırladım. Sizi də həmin günlərə qaytarmağı lazım bildim.

Hiss etmək çətin deyil ki, Çerçesov “Qarabağ”ı, Azərbaycan çempionunun sərgilədiyi möhtəşəm oyunu, onları necə məğlub etməyimizi unutmayıb. Onun ürəyini qəzəb, paxıllıq hissi boğur, yenilgini heç cür qəbul etmək istəmir. Çerçesov azərbaycanlı mütəxəssis Qurban Qurbanova və onun komandasına uduzmağı özünə sığışdırmır, taleyi ilə barışmır. Di gəl ki, onun qəzəbi də, paxıllıq hissi də bu acı reallığı dəyişmir.

Qurban Qurbanovun “Qarabağ”ı Stanislav Çerçesovun “Ferentsvaroş”unu ağır məğlubiyyətə uğradıb, Çempionlar Liqası kimi nüfuzli turnirdən kənarlaşdırıb. Reallıq və tarix budu.

Çerçesovun Rusiya mətbuatına dediklərinə diqqət edək: “Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”. Çox qəribədi, rusiyalı çalışdırıcı hansı 15 dəqiqəlik periodu nəzərdə tutur?

Məgər 180 dəqiqəni əhatə edən iki qarşılaşmanın qalan dəqiqələrində onun komandası güclü oynamışdı və “Qarabağ”ı üstələmişdi? Az əvvəl qolların vurulduğu dəqiqələri də xatırlatdım, oyunun axarını təhlil edəndə gördük ki, “Qarabağ” rəqibini 15 dəqiqə ərzində üstələməyib. Əksinə, birinci hissənin əvvəlində Zubirin qolu onların planlarını pozub, fasilədən sonra isə Vaci 24 dəqiqəyə dublunu rəsmiləşdirib.

Göründüyü kimi, “15 dəqiqəlik zəif çıxış” ifadəsi heç bir halda oyunun axarıyla uzlaşmır. Hiss etmək çətin deyil ki, Çerçesov qəzəbdən, yaxud da paxıllıqdan reallıq hissini itirib, faktları təhrif edəcək qədər həyasızlığa yol verib. Onu başa düşmək çətin deyil. Adam “Qarabağ”ın ona vurduğu zərbəni həzm etməyə də, unutmağa da çətinlik çəkir. Bundan sonra da “Qarabağ” onun üçün unudulmaz olacaq. Azərbaycan çempionunun böyüklüyünü qəbul etmək bu qədərmi çətindi?

AMAL

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

11-08-2022, 10:0

"Qarabağ”ı “Ferentsvaroş”dan üstün hesab etmək olmaz" - Rus mütəxəssis

Çempionlar Liqası

29-07-2022, 23:0

"Düşünürəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək" - Vladimir Ponomaryev

Aktual

30-07-2022, 12:0

“Qarabağ” Çerçesovun komandası üçün çox münasib rəqibdi”

Manşet / Çempionlar Liqası

28-07-2022, 13:0

Stanislav Çerçesovun çalışdırdığı “Ferentsvaroş” nəyə qadirdi? - TANITMA

Çempionlar Liqası

9-08-2022, 12:0

"Oyunda diqqətli olmaq lazımdı" - "Ferentsvaroş"un sabiq futbolçusu

Çempionlar Liqası

2-08-2022, 12:0

"Ferentsvaroş" Bakıya yola düşdü

Aktual
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Son xəbərlər
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 487
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə