"Qarabağ”ı “Ferentsvaroş”dan üstün hesab etmək olmaz" - Rus mütəxəssis

11.08.2022 10:31 914
Çempionlar Liqası
Rusiyalı sabiq futbolçu Anatoli Bişoveç həmyerlisi Stanislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş”un Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzmasını şərh edib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis nəticənin gözlənilməz olduğunu deyib:

“Gözlənilməz nəticə oldu. “Qarabağ”ı “Ferentsvaroş”dan üstün komanda hesab etmək olmaz. Lakin, nəticə belə oldu. “Ferentsvaroş” Avropa Liqasında özünü sübut etmək imkanı var”.


“Qarabağ” iki oyunun nəticəsinə görə (1:1, 3:1) Macarıstan klubunu mübarizədən kənarlaşdırıb. “Atlılar” pley-offda Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.