"Düşünürəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək" - Vladimir Ponomaryev

29.07.2022 23:53 1 366
Çempionlar Liqası
"Hər şey Stanislav Çerçesovun komandası üçün normal alınacaq. Məncə, həmyerlimizin komandası qalib gələcək".

"Football-plus.az" xəbər verir ki, bu sözləri SSKA-nın və SSRİ yığmasının veteran futbolçusu Vladimir Ponomaryov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək matçlar barədə danışarkən deyib. O, rusfootball.info-ya açıqlamasında Macarıstan təmsilçisinin qalib gələcəyinə inandığını deyib:

"Düzdür, proqnoz vermək çətindi. Amma "Ferentsvaroş"da hər şey yaxşı və qaydasındadı. Düşünürəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək. Çerçesovun komandası hazırda Macarıstan çempionatında liderdi. Nəzərə alın ki, Macarıstan çempionatının səviyyəsi də çox yaxşıdı”.


Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20.00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) start veriləcək.