FİFA reytinqi açıqlandı - millimiz geriləyib

11.06.2026 14:40
Ölkə futbolu
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, millimiz bu siyahıda 2 pillə geriləyib.

Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında millimizin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70).

Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir.