• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zirvədən uçuruma yuvarlanan Araz - KÖŞƏ

Manşet / Yazarlar

3-05-2023, 13:0

Vaxtilə azərbaycanlı futbolsevərlər Araz Abduallayev ad-soyadını sevinclə qarşılayırdı.

Hamı düşünürdü ki, bu adam ölkə futboluna böyük xeyir verəcək. Bir sözlə, hamının gözü yarımmüdafiəçidə idi. Hər yerdə onun istedadından danışılırdı. Gənc yaşlarında “Neftçi”nin əsas heyətinə düşməyi bacarmışdı. Hətta İngiltərənin adlı-sanlı klublarından “Everton”a da transfer olundu. Sonradan isə işlər korlandı. Arazın karyerasında ildən-ilə eniş baş verdi. Vəziyyət o qədər pisləşdi ki, yarımmüdafiəçi hazırda klubsuzdu. Onun istedadına güvənənlər yoxdu. Niyə? Bunda günahkar kimdi? Bu yazıda Arazın başına gələnlərdən bəhs edəcəm.

Ailə faciəsi

Abdullayev gənc yaşlarında kədərli hadisə ilə üzləşir. Bəlkə də bunu çoxları bilmir. Lakin onun atası vaxtından əvvəl vəfat edib. Futbolçunun valideyni ağır xəstəlikdən əziyyət çəkdiyi üçün intihar edib. Həqiqətən böyük dərddi. Məhz bu məqam Arazın psixoloji cəhətdən çökməsinə şərait yaratdı. Hər nə qədər peşəkar olmağa çalışsan da, valideyn itirmək insana böyük təsir edir. Araz da bu hadisəni qəbullana bilmədi. Onunla yaxınlıq edənlər də deyir ki, futbolçu atasının intihar etməsini unuda bilmir. Hətta bəzən gecələr buna görə yuxusuz da qalır. Hər nə qədər istedadlı olsa da, yaşadığı dramatik hadisə, psixoloji sarsıntılar onun toparlanmasına imkan vermədi.

Foqtsun inadkarlığı

Almaniyalı mütəxəssis uzun müddət yığmamıza rəhbərlik etdi. Onun ölkə futbolu üçün xeyirli və ziyanlı hərəkətləri oldu. Yaddaşımızı təzələsək, xatırlayarıq ki, Arazı parladığı dövrlərdə yığmaya çağırmırdı. Dəvət göndərsə də, meydana buraxmırdı. Arazın 16 yaşı olarkən, 2008-ci il noyabrın 10-da Finlandiya ilə səfər görüşündə debüt etməsinə şərait yaradan Foqts futbolçu “Everton”a transfer olunandan sonra səbəbsiz yerə inadkarlığa başladı. Niyə və nə üçün? Bunu heç kim bilmədi? Yarımmüdafiəçinin millinin heyətində 15-20 dəqiqə meydana çıxması onun inkişafına təkan ola bilərdi. Lakin almaniyalı bunu düşünmədi. Bu da Arazın çöküşünü sürətləndirən əsas məqamlardan idi.

Avtomobil qəzası

Bəlkə də Arazın karyerasının alınmamasının əsas səbəbi məhz bu hadisə oldu. Futbolçu avtomobil idarə edərkən qəza törətdi. O, süpərgiçi iki xanımı vurdu. Qəza nəticəsində qadınlardan biri dünyasını dəyişdi. Sonradan həmin xanımın ailəsi şikayətçi olmadı. Bu səbəbdən də Araz həyatını dəmir barmaqlıqlar arxasında yox, azadlıqda davam etdirdi. Bu hadisə də futbolçunun daha çox stress keçirməsinə səbəb oldu.

Xasiyyətindəki problem

Gənc yaşlarında “Everton”a transfer olunmaq, atasının ölümü, milliyə çağrılmamaq onun xasiyyətində boşluqların yaranmasına səbəb oldu. Bu da bir komandada əsas heyət üzvü olmamasına səbəb olurdu. “Everton”dan sonra haralarda oynamadı ki, Araz? “Panionios” (Yunanıstan), “Neftçi”, “Qəbələ”, “Anortosis” (Cənubi Kipr), “Qarabağ”, “Boluspor” (Türkiyə), “Etnikos” (Cənubi Kipr), “Sumqayıt” yarımmüdafiəçinin gəzib-dolaşdığı klublardı. Oyun tərzinə fikir versək, Araz olduqca sərt futbol sərgiləyir. Həm də topla hərəkətlər etməyi çox sevir. Bu da məşqçilərin qəzəbinə tuş gəlirdi. Düşünün ki, ölkənin ən yaxşı baş məşqçisi olan Qurban Qurbanovun yanında Araz Abdullayev baş çıxara bilmədi. Çünki xasiyyətində boşluqlar var. Məşqlərə gecikir, özünü yaxşı tərəfdən göstərə bilmirdi. Bu da zamanla futbolçunun dəyərsizləşməsinə səbəb oldu.

Araz indi klubsuzdu. Məndə olan məlumata görə, meneceri ona yeni komanda axtarır. Özü də ölkə xaricində. Yəqin ki, növbəti mövsüm Cənubi Kipr, Litva, Latviya klublarının birində top qovar. Lakin Araz boş dayanmır. Şəxsi “instaqram” hesabındakı paylaşımlardan məşq etdiyini, fiziki durumunu yaxşılaşdırmağa çalışdığını görürük. Belə məqamda qalmaqal yaratmağa da vaxt tapıb. Üç gün öncə sosial şəbəkərlərdə video yayıldı. Futbolçu “TikTok” sayəsində məşhurlaşan Kənan adlı dayanacaq nəzarətçisinə qarşı kobud davranaraq gündəmə gəldi. Hamı başladı bir zamanların məşhur simasını pisləməyə. O da özünü təmizə çıxarmaq üçün yeniyetmədən üzr istədi. Hətta ona milli komandada çıxış edərkən geyindiyi formanı hədiyyə etdi. İnsan həyatıdı. Qınamaq olmur. Bəlkə də həmin an əsəbi olub. Bu qədər şey yaşayan birinin belə davranması adi haldı. Əsas odu ki, insanların reaksiyasından sonra səhvini qəbul edərək üzr istəyib.

İndi də deyirlər ki, Araz modelliyə başlayıb. Çəkilişlərdə iştirak edərək gəlir əldə edir. Nə deyirəm, xeyirli olsun. Özündənrazılığı onun futbolçu karyerasına böyük zərbə vurdu. Ümid edirəm ki, modelyerlikdə işinə yarayar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər
Aktual
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Son xəbərlər
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 489
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 201
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 196
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə