Əslində “İmişli”ni də bu siyahıya əlavə etmək olar. Çünki “pələnglər”in Jorj Kaşkilya ilə vidalaşacağı haqda hələ bir neçə həftə əvvəl iddialar ortaya atılmışdı. Artıq “Şamaxı”nının yeni baş məşqçisi bəllidi. “Şirlər”i Azər Bağırov çalışdırır. Premyer-liqanı tərk edən “Karvan-Yevlax” da yerli məşqçi axtarışındadı. Bəs, qalan klublarda vəziyyət nə yerdədi? Baş məşqçi təyinatının yubanması planlara mənfi təsir etmirmi?
“Football-plus.az” bu sualla klubların mətbuat xidmətinin rəhbərlərinə müraciət etdi.
Zaur Xudiyev (Sumqayıt):
“Hələ real nəsə yoxdu. Baxmayaraq ki, mətbuatda müxtəlif ölkələrdən olan mütəxəssislərin adları “Sumqayıt”la hallanır. Bildiririk ki, hansısa baş məşqçiylə razılıq əldə etməmişik. Anlaşma olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
Mahal Məmmədov (Araz-Naxçıvan):
“Hələ baş məşqçi vəzifəsinə təyinat reallaşmayıb. Rəsmi nəsə yoxdu”.
Gəray Qiyasov (Kəpəz):
“İdarə Heyətinin sədri Adil Vəliyev vəzifəsindən ayrılıb. Kluba yeni sədr təyin olunduqdan sonra baş məşqçi postuyla bağlı qərar veriləcək”.
KƏNAN BAHADIR





