"Football-plus.az" "Nemzetisport"a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Budapeşt təmsilçisinin mərhələyə adlayacağına inandığını deyib:
"Ferentsvaroş"un mərhələ adlamağını gözləyirəm. "Qarabağ"ın futbolçuları fərdi olaraq çox bacarıqlıdılar. Onların sürəti də yaxşıdı. Bununla yanaşı, iki əsas futbolçusu da geri qayıdır.
"Ferentsvaroş" çox yaxşı formadadı. Onlar motivasiyalıdı və üstəlik azarkeşlərinin də dəstəyi olacaq. "Ferentsvaroş"un məqsədi Çempionlar Liqasının qruplarına düşməkdi. Məğlub olsalar belə, Avropa Liqasında yollarına davam edəcəklər. Bu turniri də kiçik uğur saymaq düzgün deyil.
"Qarabağ"la oyunda diqqətli olmaq lazımdı. Səhvlərdən qaçılmalıdı. "Qarabağ" topa sahib olmağı sevir. Buna görə də, iki komandanın oyun üslubunda elə fərq olacağını düşünmürəm. Baş məşqçi Stanislav Çerçesovun düzgün taktika tapacağına əminəm".

"Ferentsvaroş" - "Qarabağ" oyunu saat 22.00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.