"Ferentsvaroş" Bakıya yola düşdü

2.08.2022 12:23 461
Çempionlar Liqası
"Ferentsvaroş" (Macarıstan) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı ilk matç üçün Azərbaycana yola düşüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Macarıstan təmsilçisi Bakıya çatdıqdan sonra bu gün saat 19.15-də komandanın baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək. 20.00-da isə "Ferentsvaroş" görüşdən əvvəl son məşqinə çıxacaq.

Qeyd edək ki, sözügedən matç sabah saat 20.00-da başlayacaq.