“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, “köhlən atlar” braziliyalı yarımmüdafiəçi ilə yeni üç illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyən 24 yaşlı oyunçu 51 oyun keçirib və bir qola imza atıb.