“Sabah”ın hücumçusu Xəyal Əliyev əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə "bayquşlar"ın yaydığı açıqlamada bildirilib. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib. Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Məlumatda Xəyal Əliyevin yaşıl meydana nə zaman dönəcəyi açıqlanmayıb.
Xatırladaq ki, Xəyal Azərbaycan - Malta yoldaşlıq matçında zədə almışdı.