1-ci liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, komandanın “sükan"ı Samir Ələkbərova tapşırılıb.
57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mütəxəssis “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan”da işləyib. O, son olaraq “Baku Sportinq”in akademiyasında koordinator vəzifəsində çalışırdı.