“Şamaxı”dan ayrılandan sonra işsiz qalan Sənan Qurbanovun yeni iş yeri müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, PRO kateqoriyalı mütəxəssis bundan sonra AFFA-da çalışacaq. 43 yaşlı məşqçi gənc futbolçuların inkişafına cavabdehlik daşıyan departamentdə çalışacaq.
Xatırladaq ki, bir müddət əvvəl Qurbanovun Qazaxıstandan iş təklifi aldığı xəbəri yayılmışdı. Sənan bəy Xəzərin o tayından onunla əlaqə saxladqılarını təsdiq etsə də, ortada konkret təklif olmadığını bildirmişdi.
Söylənilənlərə aydınlıq gətirmək üçün Qurbanovla əlaqə saxladıq. Mütəxəssis xəbəri təsdiqlədi.
RƏŞAD