Gəncəli veteran futbolçu Fuad İsmayılov 3 ildən çoxdu müraciət etməsinə baxmayaraq, hələ də AFFA-nın ayırdığı təqaüddən yararlana bilmir.
66 yaşlı veterana qarşı bu addımın səbəbi nədi? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün AFFA-ın sözçüsü Firuz Abdulla ilə əlaqə saxladıq:
"Əvvəla onu qeyd edim ki, AFFA-nın kiməsə mütləq təqaüd vermək öhdəliyi yoxdu. Əksinə, federasiya özü Veteran Futbolçular Fonduyla birgə təqaüdlə bağlı həmişə təşəbbüs göstərib. AFFA-nın təqaüdlə bağlı müəyyən əsasnaməsi var. Orda bəlli meyarlar var, onlara görə veteran futbolçulara təqaüd ayrılır. Meyarlar arasında SSRİ dönəmində ən azı 1 mövsüm futbolçu kimi çıxış edən, hakimlik edən şəxslərə üstünlük verilir. Bundan əlavə onu da xüsusi qeyd edim ki, təqaüdlə bağlı əsasnamə yenilənəsidi. Çünki ölkədə bir çox sosial dəyişikliklər olub, o cümlədən təqaüd yaşı 63-dən 65-ə qaldırılıb. Bizim təqaüdlə bağlı əsasbamədə də dəyişikliklər və əlavələr qaçılmazdı. Fuad müəllimə 3 ildi niyə təqaüdün verilməməsi barədə dəqiq nəsə deyə bilmərəm. Biz veteran futbolçumuzun sənədlərini bir daha nəzərdən keçirəcək və bununla bağlı gələn həftə daha ətraflı məlumat verəcəyik".
ABDULLA İSMAYILOĞLU
AFFA sənədləri araşdıracaq - AÇIQLAMA
Ölkə futbolu / Manşet




