Bu il Polşada keçiriləcək 3-cü Avropa Oyunlarının biletləri satışa çıxarılıb.
"Football-plus.az"ın Avropa Oyunlarının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər 26 idman növü üzrə baş tutacaq yarışlara biletləri ala bilərlər.
Biletlərin qiyməti 4-20 avro arasında olacaq. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 000 bileti 25 faiz endirimlə əldə edə biləcəklər.
Qeyd edək ki, 21 iyun - 2 iyul aralığında keçiriləcək III Avropa Oyunlarında 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.