Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Football-plus.az xəbər verir ki, bu məlumatı Ağdam təmsilçisinin rəsmi "feysbuk" səhifəsi yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir. Biletləri bu gün iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.