Misli premyer-liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Football-plus.az xəbər verir ki, 13 və 16-cı sektorlar 5, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri bu gün iticket.az-da onlayn ala bilərsiniz. Sabah - oyun günü isə biletləri həm iticket.az, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündü.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.