• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çeferin Superliqanı “Qırmızı papaq” nağılı ilə müqayisə etdi

Dünya futbolu

6-04-2023, 19:0

Aprelin 5-də UEFA-nın 47-ci Konqresi keçirilib.

“Football-plus.az” xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan tədbirdə bir sıra vacib qərarlar verilib, hesabatlar açıqlanıb. Konqres iştirakçıları bir neçə aktual təklifi müzakirə ediblər.

Çeferin postunu yenə qorudu

Gözlənildiyi kimi, Aleksander Çeferin UEFA-dakı postunu qoruyub. Prezident yenidən təşkilatın rəhbəri seçilib. Səbəb sadədi: sloveniyalı funksioner bu vəzifəyə yeganə namizəd idi. Seçkidə rəqibi olmadığı üçün Çeferin yenidən prezident seçilib. O, növbəti dəfə 4 illik müddətə qitə futbol ailəsinin etimadını qazanıb.

Çeferin UEFA-nın 7-ci prezidentidi. 55 yaşlı funksioner 2016-cı il sentyabrın 14-dən quruma rəhbərlik edir. O, 2019-cu il fevralın 17-də keçirilən seçkidə də postunu rəqibsiz qalaraq qorumuşdu.

İK-nın ilk qadın vitse-prezidenti oldu

Uelsli Laura Makallister ilə İtaliya Futbol Federasiyasının rəhbəri Qabriele Qravina UEFA-nın vitse-prezidentləri seçiliblər. Qeyd edək ki, 58 yaşlı Makallister qurumun tarixinə ilk qadın vitse-prezident kimi düşüb. O, Uelsin qadınlardan ibarət yığmasının keçmiş kapitanıdı. Sabiq müdafiəçinin milli formada 24 oyun keçirdiyini bildirək.

Qitə futbol təşkilatının İcraiyyə Komitəsinin (İK) yeni tərkibi də müəyyənləşib. UEFA-nın bu orqanına Andrey Pavelko (Ukrayna), Yesper Möller Kristensen (Danimarka), Filip Diallo (Fransa), Armand Duka (Albaniya), Petr Fousek (Çexiya), Levan Kobiaşvili (Gürcüstan) və Luis Rubiales (İspaniya) seçilib. Pavelko, Kristensen, Duka və Rubialesin İK-dakı yerlərini qoruduqlarını qeyd edək.

Pandemiya UEFA-nın gəlirlərini azaldıb

Konqresdə təşkilatın 2021/22 mövsümü üçün maliyyə hesabatı açıqlanıb. Bu haqda qurumun maliyyə direktoru Yozef Koller məlumat verib. UEFA ötən mövsüm 4,052 milyard avro gəlir əldə edib. Bu, 2020/21 mövsümü ilə müqayisədə 1,673 milyard avro azdı. 2019/20 mövsümündə ötən “futbol ili” ilə müqayisədə 1,014 milyard avro az gəlir əldə edildiyini də bildirək. Son mövsümün gəlirlərində klub turnirlərinin payı 3,614 milyard avro təşkil edib. Bu, əvvəlki mövsümlə (3,156 milyard) müqayisədə 15 faiz çoxdu. Milli komandaların iştirakıyla keçirilən yarışlara gəlincə, UEFA-nın 2018-22-ci illər tsiklindəki göstəricisi 1,911 milyard avro olub. Bu isə 2014-18 tsikli (1,033 milyard) ilə müqayisədə, demək olar ki, iki dəfə çoxdu.

UEFA-nın büdcəsi 3,2 milyard avrodan 2,7 milyarda, təşkilatın ehtiyatları isə 523 milyon avrodan 447 milyon avroya düşüb. Hesabatda maliyyə planında enişlərin səbəbinin koronavirus pandemiyası ilə bağlı olduğu da bildirilib.

AÇ-2024-ün mükafat fondu 331 milyon avrodu

Lissabonda maliyyə ilə bağlı daha bir məsələyə aydınlıq gəlib. AÇ-2024-ün mükafat fondu 331 milyon avro müəyyən edilib. Bu məbləğ turnirin 24 iştirakçısı arasında bölünəcək. UEFA-nın xəzinədarı Devid Gill bu haqda belə məlumat verib:

“AÇ-2024-ün proqnozlaşdırılan gəliri 2,409 milyard avrodu. Bu, sonuncu qitə çempionatı ilə müqayisədə 28 faiz çoxdu. Növbəti çempionatın iştirakçılarına ümumilikdə 331 milyon avro çatacaq. UEFA-nın 2023/24 mövsümü üçün proqnozlaşdırılan gəliri isə 6,687 milyard avro müəyyən edilib”.


Çeferin Superliqanı yenə tənqid etdi

Əlbəttə, Çeferin Konqresdən əla fürsət kimi istifadə etməyə bilməzdi. O, Avropa Superliqasının yaradıcılarının əleyhinə növbəti dəfə danışıb. UEFA-nın prezidenti mövcud durumu “Qırmızı papaq” nağılı ilə müqayisə edib: “Onlar futbolu xilas etmək istədiklərini deyirlər. Amma həqiqət budu ki, həmin şəxslər - Superliqanın təsisçiləri nənəni yeməyə hazır olan “Qırmızı papaq” nağılındakı canavar kimidilər. Xoşbəxtlikdən heç kim ölməyib. Bu, həmrəylikdən üstün olan eqoizmin, tamahkarlığın təzahürüdü. Onlar kuboklar üçün yox, maddi qazanc üçün mübarizə aparırlar. Futbol insanlar üçün idmandı. Futbolun özəlləşdirilməsi mifdi və bu fikir dəyişməlidi. Çempionatlar layihəmizin təməl daşıdı”.
Xatırladaq ki, 2021-ci il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. UEFA-nın ciddi xəbərdarlığı və xüsusilə ingiltərəli futbolsevərlərin kəskin etirazlarından sonra “Real”, “Barselona” və “Yuventus”dan başqa digər klubların geri çəkilməsi ilə Avropa Superliqası layihəsinin reallaşması təxirə salınmışdı. Ötən il 3 təsisçi klub layihəni yenidən gündəmə gətirib.

UEFA-nın prezidenti Superliqanın əsas təsisçiləri olan “Yuventus”, “Real” və “Barselona”nı vicdansızlıqda ittiham edib:
“Bu layihə hələ də yalnız qəzetlərdə dərc olunan yazılar və müəyyən maraqlı tərəflərin eqoları naminə inkişaf mərhələsindədi. UEFA ilə danışıqlar olacağı halda mövqelərini gücləndirmək üçün nəsə etməyə çalışarlar, amma başa düşmürlər ki, müzakirə olunacaq bir şey yoxdu. Bu vicdansızlıqdı. Qeyd edim ki, bütövlükdə klublara və Superliqanın yaradılmasında iştirak edən hər kəsə hörmətim var. Klub rəhbərliyi səhv qərarlar qəbul edərsə, bu o demək deyil ki, mən bütövlükdə bu klubların əleyhinə olacağam. Maraqlısı budu ki, futbolun xilaskarı olduqlarını iddia edən 3 klubdan birinə (“Yuventus”u nəzərdə tutur – red.) büdcə ilə saxtakarlıq, digərinə (“Barselona”nı nəzərdə tutur – red.) isə hakimlər komitəsinin rəhbərlərindən birinə pul köçürmələri ilə bağlı ittiham irəli sürülüb. Görək, 3-cü klubla bağlı nəsə olacaqmı? Onların futbolu necə xilas edəcəklərini görmək maraqlıdı…”


Çeferin “Barselona”ya qarşı hakimlərə rüşvət verməkdə və nəticələrə təsir etməkdə ittiham irəli sürülməsi haqqında danışarkən durumun çox ciddi olduğunu deyib:
“Mən iki səbəbə görə birbaşa şərh verə bilmərəm. Əvvəla, ona görə ki, bu məsələyə baxmaq üçün bizim müstəqil Nizam-İntizam Komitəmiz var. İkincisi, mən bu mövzunun tədqiqinə dərindən getməmişəm. Amma bir şeyi deyə bilərəm, vəziyyətin çox ciddi olduğunu başa düşürəm. Fikrimcə, bu, futbolda indiyə qədər gördüyüm ən ciddi hadisələrdən biridi. İspaniyada mülki prokurorluq səviyyəsində proses davam edir. UEFA üçün zamanla bağlı heç nə məhdud deyil. “Barselona” cəzalandırılacaq və bu işin klub üçün hər hansı bir nəticəsi olacaq? Mən indi buna cavab verə bilmərəm”.


Belarusun aqibətini İK müəyyən edəcək
Bir neçə gün əvvəl UEFA-nın Belarus yığmasına sanksiya tətbiq edə biləcəyi ehtimalı ortaya çıxmışdı. Komandanın AÇ-2024-ün seçmə turnirindən kənarlaşdırılacağı iddia edilmişdi. Xatırladaq ki, bir müddət əvvəl Avropa parlamentinin 100-dən artıq deputatı UEFA-ya insan hüquqlarının pozulmasına görə Belarus yığmasını qitə çempionatında mübarizədən kənarlaşdırmaqla bağlı çağırış etmişdi. Lakin qitə futbol qurumu Konqresdə bu məsələyə baxmağı lazım bilməyib. Çeferin bu haqda belə deyib:
“Bu mövzuda yalnız İK qərar verə bilər. 19 yaşadək qızlar arasındakı turnir Belarusda keçirilməliydi. Amma bu, məlum səbəbdən mümkün olmadığı üçün yarışı ləğv etdik. Ona görə ki, turnirin təşkili üçün yeni məkanı tapa bilmədik. Digər məsələlərə gəlincə, Belarusdakı vəziyyəti diqqət mərkəzində saxlamağa davam edirik. Görək, İK nə edə bilər”.

Çeferin UEFA-nın 48-ci Konqresinin gələnil fevralın 8-də İspaniyanın paytaxtı Madriddə keçiriləcəyini də bildirib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-10-2022, 11:0

Çeferin yenə namizəd olacaq

Dünya futbolu

7-01-2023, 13:0

Çeferin yeganə namizəd olacaq

Dünya futbolu

18-03-2023, 21:0

İnfantino postunu qorudu

Dünya futbolu

3-10-2022, 22:0

Ceferin yenidən namizədliyini verməyə hazırlaşır

Maraqlı

17-02-2023, 12:0

UEFA-nın prezidenti kim olacaq?

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 21:07
    "Sabah" hesabda öndə - YENİLƏNİR
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə