İnfantino postunu qorudu

18.03.2023 21:03 203
Dünya futbolu
Gözlənildiyi kimi, Canni İnfantino postunu qoruyub.

"Football-plus.az" xəbər verir ki, bu, FİFA-nın 73-cü Konqresində rəsmiləşib.

Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən tədbirdə təşkilatın növbəti 4 il üçün prezidenti də müəyyənləşib.

Yeganə namizəd İnfantino avtomatik yenidən FİFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.

Xatırladaq ki, İnfantino ilk dəfə 2016-cı ildə keçirilən səsvermənin ikinci turunda mümkün 207 səsdən 115-ni toplamaqla prezident seçilmişdi. O, 2019-cu ildə də rəqibsiz qaldığı üçün ikinci müddətə bu vəzifəyə təsdiq olunmuşdu.