Srağagün “Aylenders”in səfərdə “Pittsburq”u 4:2 hesabıyla məğlub etdiyi oyunda maraqlı hadisə baş verdi.
Football-plus.az xəbər verir ki, 2-ci periodun sonunda epizodların birində kütləvi dava-dalaş düşdü.
Nəticədə buz üzərində olan bütün sahə oyunçuları 2 dəqiqəlik cərimə vaxtı qazandı. Ceyson Zakerlə Ross Conston isə əlavə 10 dəqiqə də cəzalandı.