“Pittsburq”un hücumçusu Sidni Krosbu isə komandasının “Aylenders”ə uduzduğu oyunda qol vurdu.
Football-plus.az xəbər verir ki, cari mövsümdə 25-ci dəfə fərqlənən kanadalı ulduz yeni klub rekordu müəyyənləşdirdi. Belə ki, o, “pinqvinlər”in heyətində 25 və daha çox qol vurduğu mövsümlərin sayını 13-ə çatdıran ilk hokkeyçidi. Əvvəlki rekord Mario Lemyeyə məxsus idi (12 mövsüm). İlk “3-lüy”ə Yaromir Yaqr (11) da daxildi.