“Red Bull”un pilotu Maks Ferstappen bildirib ki, “Formula-1” tarixindəki yeri haqda düşünmür:
“Düşünürəm ki, nə vaxtsa arzulaya bildiyimdən daha artığına nail olmuşam. Bu üzdən həmişə, sadəcə, maksimumu göstərməyə çalışıram. Həqiqətən də, qələbələr və titullar baxımından dahi pilotlar arasındakı yerimlə bağlı düşünmürəm. Sadəcə, öz işimi görmək istəyirəm. Əlbəttə, müqavilə müddətimin 2028-ci ilə qədər olduğunu bilirəm, bu komanda ilə daha çox titul qazanmaq istəyirəm. Ancaq mən heç vaxt yalnız statistika ilə maraqlanan oğlan olmamışam. Həmişə yarışı başa çatdırandan sonra özümə demək istəmişəm ki, sən bacardığın hər şeyi etdin. Bax, bu məqam məni xoşbəxt edir”.
25 yaşlı niderlandlı “Formula-1” üzrə dünya çempionatında son iki mövsümün qalibi olub.