“Edmonton”un forvardı Konnor Makdevid müntəzəm çempionatın “Çikaqo” ilə oyununda da fərqləndi.
Komandasının 3-cü qolunu vuran 25 yaşlı kanadalı hesabı 3:1 etdi. Beləliklə, Makdevid cari mövsümdə 40 xal həddinə hamıdan tez çatdı. O, cari mövsümdə keçirdiyi 23 oyunda 18 qol vurub və 22 məhsuldar ötürmə verib.
“Reyncers” srağagün səfərdə “Ottava”nı 3:1 hesabıyla məğlub etdi. Nyu-York komandasının şərəfini qoruyan Yaroslav Qalak MHL tarixinə 7 müxtəlif komanda ilə qələbə qazanan 7-ci qapıçı kimi düşdü. Ona qədər Ron Taqnatt, Kertis Makkileyni, Şon Burk, Aleks Old, Çed Conson və Brayan Buşe eyni nəticəni göstərib. Qalak cari mövsümdə keçirdiyi 7 oyunun yalnız birində qələbə qazanıb və qapısında 20 qol görüb.
Dünən keçirilən oyunda “Filadelfiya” üzərindəki qələbəyə “Tampa-Bey”in kapitanı Stiven Stemkos məhsuldar ötürmə ilə töhfə verdi. 32 yaşlı kanadalı klub tarixinə 1000 xal (494+506) həddinə çatan ilk hokkeyçi kimi düşdü. Stemkos karyerası boyunca 945 oyun keçirib. O, MHK tarixində bir komandanın heyətində 1000 xal toplayan 48-ci oyunçudu.
Dünənki daha bir oyunla bağlı maraqlı statistik məqam var. Səfərdə “Vankuver”i 5:1 hesabıyla məğlub edən “Florida” ilk periodun sonunda 59 saniyə ərzində üç qol vurmaqla yeni klub rekordu müəyyənləşdirdi. “Panterz”in əvvəlki rekordu 62 saniyəyə bərabər idi.
Makdevid 40 xal həddinə hamıdan tez çatdı
İdman

