“Kolorado” – “Vaşinqton” oyunu ilə bağlı daha bir maraqlı fakt var.
Football-plus.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Netan Makkinnon MHL-də keçirdiyi 673-cü oyunda xal sayını 700-ə çatdırdı.
Bu isə fəaliyyətdə olan hokkeyçilər arasında 5-ci nəticədi. 27 yaşlı forvard cari mövsümdə 35 oyunda 52 (13+39), karyerası boyunca isə 673 oyunda 700 (255+445) xal toplayıb. Fəaliyyətdə olan hokkeyçilərdən yalnız dördü 700 xal həddinə Makkinnondan daha tez çatıb. Bunlar Konnor Makdevid (“Edmonton”, 488 oyun), Sidni Krosbi (“Pittsburq”, 497 oyun), Aleksandr Oveçkin (“Vaşinqton”, 579) və Yevgeni Malkindi (“Pittsburq”, 580).