• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Niyə Vinisiusa nifrət edirlər? - TƏHLİL

Dünya futbolu

12-02-2023, 11:0

Vinisius Junior hazırda La Liqada ən çox müzakirə olunan futbolçuların önündə gəlir.

Və burda söhbət heç də təkcə futbolla bağlı detallardan getmir. Hərçənd braziliyalı vinger cari mövsümdə “Real”ın 2-ci bombardiri olmaqla yanaşı, İspaniya çempionatında “qol+ötürmə” sistümi üzrə 7-ci yeri tutur. Ancaq indi elə vəziyyət yaranıb ki, Vini bu mövsüm driblinqlərinə, sıçrayışlarına və məhsuldarlığına görə müzakirə olunmur. Belə təəssürat var ki, 22 yaşlı braziliyalıya az qala İspaniya futbolundakıların yarısı nifrət edir. Rəqib futbolçular bilərəkdən onun ayağına yorulmadan zərbə vurur, azarkeşlər onu təhqir edir və nümayişkaranə şəkildə kuklalara Vininin formasını geydirirlər.

Bu söz-söhbətin əsası hələ ötən ilin sentyabrında qoyulub. Onda Madrid derbisi ərəfəsində “Atletiko”nun forvardı Kokedən soruşmuşdular ki, Vinisius qol vursa və bunu özünəməxsus rəqslə qeyd etsə, necə olacaq? O da belə cavab vermişdi: “Onun problemləri olacaq – bu dəqiqdi”. Braziliyalı həmin vaxt ardıcıl 4 turda fərqlənmişdi və hər dəfə də qolu samba üslubunda qeyd edirdi. Bu isə rəqib komandaların oyunçularını və fanatlarını özündən çıxarırdı. Məsələn, “Malyorka” ilə oyunun sonunda, demək olar ki, hər epizodda, Vininin ayaqlarına açıq-aşkar vururdular. “Marca”nın informasiyasına inansaq, futbolçular belə zorakılığa baş məşqçi Xavyer Agirrenin “ötürməsi” ilə əl atıblar. Hər şey onunla bitdi ki, Agirre ilə Vinisius yan xəttin yaxınlığında az qala əlbəyaxaya çıxacaqdı. Ancaq Karlo Ançelotti vəziyyətə müdaxilə etdi və oyunçusunu sakitləşdirə bildi. “Atletiko” ilə derbiyə bir gün qalmış İspaniyalı Agentlərin Assosiasiyasının prezidenti Pedro Bravo da televiziyada bu mövzuya toxunmalı oldu: “Vinisius rəqiblərə hörmət etməlidi. Rəqs etmək istəyirsənsə, Braziliyaya yollan. İspaniyada rəqibə hörmət etmək, özünü meymun kimi aparmağı dayandırmaq lazımdı”.

Təbii ki, belə çıxış bütün ölkədə böyük əks-səda doğurdu. Bravo “meymun” kəlməsini metafora əvəzi işlətdiyini sübut etməyə çalışsa da, irqçi kimi suçlanmaqdan xilas ola bilmədi. Vinisiusu Neymar, Rişarlison, Braziliya yığmasından olan bir qrup oyundaşı müdafiə etdi. Futbolçi özü isə maksimum dərəcədə sakit cavab verdi: “Belə ssenarilər həmişə üzrxahlıq və “məni düzgün anlamayıblar” ifadəsi ilə bitir. Ancaq sənin üçün təkrarlayıram, irqçi: “Rəqs etməyi dayandırmayacam. İstər Sambadromda (Braziliyada karnavalların keçirildiyi küçə belə adlanır – red.) olsun, istər “Bernabeu”da, istərsə də başqa yerdə”.

“Real” və La Liqa da Vinisiusun müdafiəsinə qalxdı. Ancaq mediada belə xəbərlər də peyda oldu ki, guya klubun özündə də braziliyalının davranışından o qədər razı deyillər. “Cadena SER” xəbər verir ki, “Malyorka” ilə yuxarıda xatırladılan oyunda vinger özü “düşünürsüz ki, bizə qalib gələcəksiz?” tipli sözlərlə rəqib oyunçularını təxribata çəkib, eləcə də iki komandanın oyunçularının maaşı arasında hədsiz böyük fərq olması ilə öyünüb. “As” da bu mövzuya toxundu və bildirdi ki, “Real”ın paltardəyişmə otağında komanda yoldaşları dəfələrlə Vinisiusdan belə işlərlə məşğul olmağa son qoymağı xahiş edib, o isə belə məsləhətləri qulaqardına vurub.

Yaxşı ki, Vinisius “Atletiko”nun qapısına yol tapa bilmədi, yoxsa hər kəs daha bir böyük qalmaqalla üzləşəcəkdi. Həmin vaxtdan bəri braziliyalı, ümumiyyətlə, nadir halldarda topu tora göndərir – La Liqada keçirdiyi 15 oyunda cəmi 3 dəfə fərqlənib. Ancaq onun personası ətrafındakı gərginlik durmadan artır. Rəqiblər çox gözəl anlayırlar ki, Vinini özündən çıxarmaq asandı, elə braziliyalı da meydandakı davranışı ilə bədxahlarının “çörəyinə yağ sürtür”. Məsələn, “Rayo Valyekano”nun müdafiəçisi İvan Balyiu noyabrda etiraf etdi ki, “Real”ın vingeri ilə mübarizədə bilərəkdən çirkin fəndlərə əl atıb: “Bilərəkdən onun qulağından yapışdım, ancaq Vinisius hərəkətimin ölçüsünü şişirdir. Ona zərbə vurmaq və ya onu zədələmək niyyətim yox idi. O, həmin epizodda çox danışdı, hakimdən mənim üçün qırmızı vərəqə tələb etdi. Belə oyunçuları dayandırmaq çətindi. Biz də belə fəndlər tapmalıyıq, bu isə futbolun başqa üzüdü”.

Dünya çempionatından sonra bu mövzuda ehtiralar daha da qızışdı. İspaniya kuboku çərçivəsində keçirilən “Real”la oyundan əvvəl “Atletiko”nun azarkeşləri şəhərdə üzərində Vinisiusun nömrəsi olan kukla asdılar, yanında isə nəhəng “Madrid “Real”a nifrət edir” bannerini açdılar. Polis bu işlə bağlı təhqiqata başladı, hətta altı şübhəlini müəyyənləşdirdi. “Marca” nəşrinin hesablamasına görə, Avropada çıxış edən oyunçular arasında Vinisiusdan çox kobudluğa məruz qalan yoxdu – La Liqada 79 dəfə belə münasibətlə üzləşib. Müqayisə üçün xatırladaq ki, rəqiblərin çox da sevmədiyi Neymar Fransada cəmi 59 dəfə qayda pozuntusuna məruz qalıb. Yəni hər 20 dəqiqədən bir Vinisiusa qarşı kobudluq olur. Çoxları belə hesab edir ki, İspaniya çempionatında gənc braziliyalının ovuna çıxıblar. “Relevo” nəşri isə yazır ki, Vinisius və ətrafı hakimlərin futbolçunu kobudluqdan və irqçiliyin təzahürlərindən qoruya bilməməsindən narazıdı. Media isə bilərəkdən braziliyalının personası ətrafında qalmaqal yaradır. İş o yerə çatıb ki, “Sevilya”nın idman direktoru Ramon Monçi “Valensiya” ilə oyunda müdafiəçi Paulistanın həmvətəninə qarşı sərt kobudluğuna görə sosial şəbəkələrdə yer alan aşağıdakı paylaşımın altında “bəyənmə” düyməsini basıb: “Paulista iqtisadi sanksiyalara məruz qalsa, bütün normal ispaniyalılar onun cəriməsini birlikdə ödəməlidilər”.

Monçi tezliklə “bəyənmə” işarəsini geri çəksə də, interner hər şeyi yadında saxlayır. Fevralın 5-də isə bu yöndə vəziyyət daha dözülməz xarakter aldı. Söhbət 2-ci dövrə çərçivəsində keçirilən “Malyorka” ilə səfər oyunundan gedir. Belə görünür ki, rəqibin oyunçuları və azarkeşləri sentyabr hesablaşmasını unutmamışdılar. Bu üzdən oyun başlayan kimi Vini üçün cəhənnəm ab-havası yaratdılar. Məsələn, vingeri oyunboyu müşayiət edən müdafiəçi Paolo Maffeo göz yaşı axıtmağı imitasiya etdi – braziliyalı məhz ona qarşı kobudluqdan sonra sarı vərəqə ilə cəzalandı. Fanatlar braziliyalını topa toxunduğu hər epizodda fitə basırdılar, oyundan sonra isə ona “meymun” və “axmaq” dedilər. Düzdü, La Liqa artıq irqçilik kimi səciyyələnən belə ifadələrlə bağlı təhqiqata başlayıb.

Komandalar fasiləyə yollanarkən Vinisius yerli fanatlara formasındakı “Real” emblemini göstərdi. “Malyorka”nın müdafiəçisi Railyo isə bu jestin qarşılığında 2-ci hissədə epizodların birində formasındakı klub emblemini döyəcləməklə braziliyalıya onu öpməyi təklif etdi. “El Chiringuito”nun informasiyasına görə, braziliyalı həmin oyunun gedişində “Malyorka”nın oyunçularına belə deyib: “Karyeranızı bitirəndən sonra yeni iş axtarmalı olacaqsız, çünki heç vaxt mənim pulum qədər pulunuz olmayacaq”. Və oyunun statistikasına baxaq: braziliyalı oyunboyu 10 dəfə kobudluğa məruz qaldı ki, 2013-dən bəri La Liqada çıxış edən heç bir futbolçu belə münasibətlə üzləşməmişdi. Ançelotti oyundan sonra belə duruma görə təəccübünü gizlətmədi: “İndi vermək istədiyim sual budu ki, problem nədədi? Vinisiusdadı, yoxsa onu müdafiə etməyən komanda yoldaşlarında? Problem Vinisius ətrafında yaşananlardadı. Bu isə İspaniya futbolunun problemidi və onu həll etmək lazımdı. Vinisius günahkar deyil – o anlaya bilmədiyim nəyinsə qurbanıdı”.

Vinisiusun az qala İspaniya klublarının yarısının nifrət hədəfinə çevrildiyi indiki duruma görə kimin əsas günahkar olduğunu birmənalı şəkildə demək çətindi. Ancaq bir qənaəti artıq qəti şəkildə bölüşmək olar. Olduqca qeyri-sağlam atmosfer yaranıb və İspaniya Kral Futbol Federasiyası mütləq nəsə etməlidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-09-2022, 13:0

Vinisius “Real”ın işini yüngülləşdirdi

Dünya futbolu

16-03-2022, 15:0

“Real”ın oyunçusu növbəti dəfə təhqirə məruz qalıb

Dünya futbolu

17-03-2022, 23:0

“Real” gənc oyunçusu ilə anlaşıb

Dünya futbolu

6-02-2023, 17:0

Vinisius 200-ə çatdı

Dünya futbolu

6-09-2022, 17:0

''Real''ın ulduzu İspaniya vətəndaşı oldu

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Dünən, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Dünən, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Dünən, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Dünən, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
Daha çox
Oxunub: 530
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 263
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 261
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 177
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə