“Real”ın oyunçusu növbəti dəfə təhqirə məruz qalıb

16.03.2022 15:27 541
Dünya futbolu
İspaniya futbolunda irqçiliklə bağlı növbəti insident baş verib.

“Real”ın oyunçusu Vinisius Junior La Liqanın “Malyorka” ilə səfər oyununda (3:0) yerli azarkeşlər tərəfindən təhqir olunub. “Marka” qəzetinin məlumatına görə, bəzi fanatlar Vinisiusu “meymun” adlandırıblar. Onlar Juniora “get, banan götür” ifadəsini də ünvanlayıblar.

Yeri gəlmişkən, Vinisius irqi zəmində ilk dəfə təhqir olunmur. O, belə aqibəti ötən ilin oktyabrında “Nou Kamp”da “Barselona” ilə oyunda da yaşamışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul