“Real” gənc oyunçusu ilə anlaşıb

17.03.2022 23:00 461
Dünya futbolu
“Real” gənc futbolçusu Vinisius Juniorla müqaviləni yeniləyəcək.

21 yaşlı braziliyalı hücumçu ilə uzunmüddətli sözləşmə imzalanacaq. Tərəflərin artıq bir çox məsələlərdə razılığa gəldikləri xəbər verilib.
2018-ci ildən Madrid klubunda çıxış edən Vinisius “Real”a müqavilə ilə 2024-cü ilin yayınadək bağlıdı. O, bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 26 oyunda 14 qol vurub.