Vinisius “Real”ın işini yüngülləşdirdi

7.09.2022 13:02 521
Dünya futbolu
Vinisius Junior artıq iki ölkənin vətəndaşı sayılır.

"Football-plus.az" “Real”ın braziliyalı oyunçusu İspaniya vətəndaşlığını alıb.

Yerli mənbələrin yaydığı məlumata görə, bu fakt kluba Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin oyunçularını qeydiyyatdan keçirmək üçün daha bir yer verəcək. Qeyd edək ki, “Real” məhz Aİ-yə daxil olmayan ölkələrdən gələnlər üçün ödənişsiz yerlərin dolması səbəbindən bu yay “Mançester Siti”nin hücumçusu Qabriel Jezusu sıralarına qata bilməmişdi. Nəticədə braziliyalı futbolçu “Arsenal”a satılmışdı.

Vinisius İspaniya klubunda 2018-ci ildən çıxış edir. 21 yaşlı futbolçu ötən mövsüm La Liqada iştirak etdiyi 35 oyunda 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Junior bu mövsüm ölkə çempionatında 4 oyuna 3 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul