Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
"Football-plus.az" xəbər verir ki, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. Məlumata görə, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə "ağ-qaralar" ölkə futbolunda uğurlu nəticələr əldə edərək üç dəfə ölkə çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb.