• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Makron Platiniyə Fransa futbolunu tapşırmaq istəyir

Dünya futbolu

20-01-2023, 23:0

Fransa Futbol Federasiyasının (FFF) artıq sabiq prezidenti Noel Le Qrenin üzləşdiyi qalmaqalla tanışsız.

“Futbol+”in səhifələrində vaxtaşırı bu məsələyə toxunmuşuq. Onun yığmanın baş məşqçi postuna iddialı Zinəddin Zidanın ünvanına söylədiyi sərt fikirlər fonunda postundan uzaqlaşdığı hər kəsə bəllidi. Didye Deşamla müqavilə yenilənəndən sonra Le Qre mediaya belə açıqlama vermişdi: “Mən heç vaxt Zidanla görüşməmişəm, biz heç vaxt Didye ilə vidalaşmağı düşünməmişik. Zidan Braziliya yığmasında? Nə vecimə, o istədiyi yerə gedə bilər! O mənlə əlaqə saxlamaq istəsə, necə? Heç bir şansı yoxdu, hətta onun zənginə cavab da verməzdim. Bəlkə özünə klub və ya yığma tapması üçün ona kurs təşkil edək?”

“O, mənə agent yox, çeynəmək istədiyi konfet kimi baxırdı”
Təbii ki, belə açıqlamadan dərhal sonra Fransa futbolunun görkəmli fiqurları – Mbappe, Lyoris, Sisse, Riberi və başqaları Zidanın müdafiəsinə qalxdı. FFF-nin etika komitəsi isə rəsmi şəkildə Le Qreno postunu tərk etməyə çağırdı. Qurumun açıqlamasında belə deyilirdi: “İntizam Komitəsinə müraciət etmək hüququmuz yoxdu, sadəcə, futbol naminə ondan istefaya getməyi xahiş edə bilərik”.

Fransanın xanım idman naziri Ameli Udea-Kastera da Le Qrenin gedişinə işarə etdi. O əvvəlcə Le Qrenin açıqlamasını pislədi, növbəti gün isə Emmanuel Makronun qalmaqalla bağlı nə düşündüyünü açıqladı: “Prezident şokdadı, Fransa və dünya idmanının əfsanəsi ilə bağlı belə açıqlamadan çox məyusdu”.
Əlbəttə, Le Qre artıq ictimaiyyət önündə üzrxahlıq edib və “Le Parisien”ə inansaq, hətta Zidana şəxsən zəng etmək istəyib. Bu söhbətin baş tutub-tutmadığı bilinmir, ona görə ki, Zinəddin mövzu ilə bağlı hansısa açıqlama verməkdən boyun qaçırır.

Noel üçün bu heç də ilk qalmaqal deyil – paralel şəkildə onu seksual qısnamalarda da suçlayırlar. Bu mövzu hələ bir neçə il əvvəl – bir neçə qadın futbol qurumunu prezidentə görə tərk edəndə aktuallaşmışdı. Futbol agenti Sonya Suidin dediklərinə qulaq verin: “Mənim 28 yaşım var idi, onun 72. O, mənə agent yox, çeynəmək istədiyi konfet kimi baxırdı. Kobud desəm, yalnız sinəmi və arxamı görürdü. Bu təhqiramiz idi”.

Bütün bu deyilənlər dərhal Le Qrenon imicini darmadağın etdi və istefasına səbəb oldu. Fransa mənbələrinin yazdığına görə, Makron onun boşaltdığı postu Mişel Platininin – korrupsiya qalmaqalı üzündən 2015-də istefa verməli olan sabiq UEFA prezidentinin tutmasını istəyir. Başqa bir xəbərdə deyilir ki, Fransa prezidenti artıq Mişellə əlaqə saxlayıb və bu işin onun üçün maraqlı olub-olmadığını soruşub. Makron dəfələrlə müsahibələrində Platininin oyununa baxa-baxa böyüdüyünü dediyindən hadisələrin belə axarı tam real görünür.

Platini bu müddətdə nə edib?
Xatırladaq ki, Platini 2007-15-ci illər aralığında UEFA-ya rəhbərlik edib. Onun Nyon karyerası futbolla bağlı istənilən fəaliyyətdən 8 il müddətinə (sonradan bu müddət 4 ilə endirildi) uzaqlaşdırılmaqla bitdi. FİFA öz prezidenti Zepp Blatterlə fransalı məmuru məhkəməyə vermişdi. Buna əsas olan səbəb isə 2011-in yanvarında Blatterin xeyir-duası ilə Platininin 1,83 milyon avro pul köçürməsi etməsi idi. İsveçrənin Federal Məhkəməsi bu köçürməni “əsaslandırılmamış” saydı və fırıldaqçılıqla bağlı iş açdı.

Onda Platini ilə Blatteri hətta 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi, ancaq ikisi də günahsızlıqlarını iddia etdilər və əmin etməyə çalışdılar ki, bu pul fransalının 1998-2002-ci illər aralığındakı məsləhətçi fəaliyyətinin əvəzində ödənilib. Ötən ilin iyulunda məhkəmə hər iki funksioneri təmizə çıxardı. Ondan bir neçə ay əvvəl isə artıq Platini FİFA-nın indiki prezidenti Canni İnfantinoya qarşı “nüfuzdan istifadə” ittihamı ilə məhkəmə iddiası qaldırdı. UFEA-nın sabiq prezidenti 2020-nin yanvarında verdiyi müsahibədə belə deyirdi: “FİFA və İdman Arbitraj Məhkəməsi mafiya kimi fəaliyyət göstərir. Bu, kiçik İsveçrədən olan böyük ailədi. FİFA, UEFA və CAS-ın hüquqşünasları öz aralarında iş aparan eyni adamlardı. Onlar elə edə bilərlər ki, siz futboldan qeyb olarsız. Mən pis heç nə etməmişəm, ancaq məni və Blatteri “öldürdülər”. Qəfil dünya futbolunun Al Kaponesi oldum. FİFA-nın və yüzlərlə jurnalistin hücumları həyatı mənim üçün dözülməz etdi. Amma çox sadə bir tarixçə idi – FİFA mənə borcluydu. İllərlə gözləyəndən sonra, nəhayət, borcu qaytarmağı xahiş etdim. Hesabımı göndərdim, məbləği aldım, vergini ödədim – heç nəyi gizlətmədim. FİFA isə 4 ildən sonra məni fırıldaqçılıqda suçladı, yəni elə mənə pul ödəyən adamlar qrupu. Bu, FİFA-nın seçkidə namizədliyim əleyhinə yönələn sui-qəsdi idi”.

Ancaq Platininin problemləri bu tarixçə ilə bitmədi. 2019-un yayında onu DÇ-2022-nin təşkilatçılığının Qətərə verilməsinə görə korrupsiya şübhəsi ilə Paris ətrafında həbs etdilər. İfadəsini alandan sonra buraxdılar. Platiniyə rəsmi şəkildə ittiham irəli sürülməsə də, futbol üzrə dünya çempionatının təşkilatçılığı ətrafındakı qalmalaqın təfərrüatı mediaya sığdı. Daha doğrusu, Blatter Qətərdəki dünya çempionatının startına bir neçə gün qalmış bu haqda danışdı: “Həmin vaxt FİFA-nın İcraiyyə Komitəsində, demək olar ki, Rusiyanın DÇ-2018-in, ABŞ-ın isə DÇ-2022-nin təşkilatçılıq hüququna yiyələnməsi ilə bağlı razılığa gəlmişdik. Siyasi baxımdan çoxdan qarşıdurma vəziyyətində olan iki ölkənin bir-birinin ardınca turniri keçirməsi dünyaya jest olacaqdı. FİFA-nın 2010-cu ildə keçirilən konqresinə bir həftə qalmış Platini mənə zəng etdi və dedi ki, planımız işləməyəcək. Onu yenicə Qətər əmiri ilə nahar edən prezident Sarkozinin sarayına çağırmışdılar. Prezident Mişelə demişdi ki, “düşünün, siz və UEFA-dan olan həmkarlarınız dünya çempionatının təşkilatçılığının Qətərə verilməsi ilə bağlı nə edə bilərsiz?” Platini məndən soruşdu ki, “Zepp, prezidentiniz sizə hansısa xahişlə üz tutsaydı, nə edərdiz?” Onda mən cavab verdim ki, belə sual heç vaxt ağlıma gəlməyib, axı bizdə - İsveçrədə prezident yoxdu”. Hər şey məhz belə oldu: Platininin 4 səsi sayəsində DÇ-2022-nin təşkilatçılığı ABŞ-a yox, Qətərə qismət oldu. Bu həqiqətdi. Əlbəttə, söhbət həm də puldan gedirdi. Yarım il sonra Qətər Fransadan 14,6 milyard dollarlıq qırıcı təyyarələr aldı”.

Dördillik cəza müddətini arxada qoyan Platini futbola qayıtmağı lazım bilmədi. Dediyinə görə, vaxtını yaxınlarına – xanımına, uşaqlarına, nəvələrinə və dostlarına sərf edib. Bundan başqa, müntəzəm səyahətə çıxıb, qolf oynayıb. İndi isə onun dönmək, özü də ciddi vəzifəyə dönmək şansı var. Belə xəbərlər də var ki, Makron Mişelə DÇ-2022-nin finalını birlikdə izləməyi təklif edibmiş, ancaq o boyun qaçırıb. Bəs indi əfsanəvi Platini prezidentin növbəti təklifindən də imtina edəcəkmi?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2022, 19:0

Zidan "PSJ"ni çalışdıra bilər

Dünya futbolu

11-01-2023, 13:0

Mbappe etiraz dalğasının əsasını qoydu

Dünya futbolu / Manşet

11-01-2023, 12:0

Deşamın qalması bir çoxları üçün qapıları bağladı

Dünya futbolu

27-04-2022, 09:0

PSJ rəhbərliyi baş məşqçi haqda qərarını verdi

Dünya futbolu

13-01-2023, 13:0

Zidanı ələ salan FFF prezidentinin “kitabı bağlandı”

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 245
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə