• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappe etiraz dalğasının əsasını qoydu

Dünya futbolu

11-01-2023, 13:0

Dünən Zidanla bağlı da qalmaqal yaşandı.

Football-plus.az xəbər verir ki, 50 yaşlı əfsanənin Fransa yığmasını çalışdırmaq istəyi heç kimə sirr deyildi.

Ən son xəbərlərdə qeyd olunurdu ki, gözünü Deşamla bağlı xəbərlərə dikən Zizu məhz bu üzdən ABŞ, Portuqaliya və Braziliya yığmalarından gələn təklifləri rədd etmişdi. Amma göründüyü kimi, onun arzusu reallaşmadı. Dünən FFF prezidenti Noel Le Qre “RMC Sport”un əməkdaşları ilə görüşdə Deşamın müqavilə müdətinin yenilənməsi barədə fikir mübadiləsi aparakən gözlənilmədən Zidanla bağlı nəinki sarkastik, hətta aşağılayıcı ifadələr işlətdi:

“Gözəl bilirəm ki, Zidanın bir qulağı həmişə biz tərəfdə idi. Mənə bununla bağlı nağıllar danışmaq lazım deyil. Onun çoxlu tərəfdaşları var idi. Hamısı da Deşamın getməsini gözləyirdi. Amma siz mənə deyin görüm, Deşamı nədə günahlandırmaq olar? Heç nədə. Nəticələri göz önündədi. Konkret bir matçda zəif təsir bağışlaya bilərik. Amma onun bu 10 il ərzində gördüyü işi çox yüksək qiymətləndirirəm. Zidan Braziliya yığmasında? Açığı, buna çox təəccüblənərdim. Hərçənd bu mənim işim deyil və ürəyi hara istəyirsə, ora da gedə bilər. Onunla heç vaxt görüşüm olmayıb. Ümumiyyətlə, bir an belə Deşamla yolları ayırmaq barədə düşünməmişəm. Mətbuatda bu haqda yazılanların çoxu yalandı. Jurnalistlər bilmir, nə yazsın. Ona görə də pis şeylər yazırlar. Dediyim kimi Zidan istədiyi yığmaya və ya kluba gedə bilər. Mənimlə əlaqə saxlamağa çalışıbmı? Xeyr. Amma zəng vursaydı belə, onun zənginə cavab verməzdim! Nə üçün cavab verim? “Özünə yeni klub tap” demək üçün? Bəlkə ona yeni iş yeri tapmaq üçün xüsusi müsabiqə keçirək?”
Fransa futbol ictimaiyyəti tərəfindən onsuz da çox da sevilməyən Le Qrenin bu sözləri böyük ajiotaj doğurdu. Maraqlıdı ki, Zizunun tərəfini ən birinci saxlayan Le Qre ilə münasibətləri heç de ideal olmayan Kilian Mbappe oldu: “Zidan elə Fransa deməkdi. Əfsanəyə belə hörmətsizlik etmək olmaz”. Mbappenin bu tvitinə Fransanın bir çox məşhur siması dəstək verdi. Fransalı siyasətçi Nikolya Kaden bunları yazdı: “Təşəkkür edirik, Mbappe. Futbolda irqçiliyin olmaması barədə dediyi absurd ifadədən sonra Le Qre növbəti dəfə sübut etdi ki, bu vəzifəni icra etməyə layiq deyil. Onun sözləri qəbuledilməzdi”.


Basketbolçu Evan Furnye isə “bu nə hörmətsizlikdi? Bu iyrənc axmaq tərəfindən hələ nə qədər söz eşitməliyik ki, onu vəzifəsindən kənarlaşdırsınlar?” şərhini yazdı. Fransanın idman naziri Ameli Udea-Kastera isə Le Qreni üzr istəməyə dəvət etdi:

“Yenə hay-küylü açıqlama. Futbol və idman tarixinin ən böyük əfsanələrindən birinə qarşı inanılmaz hörmətsizlik. Bu vəzifəni tutan şəxs belə danışmamalıdı. Zidanla bağlı dediklərinizə görə üzr istəyin”.


Məşhur aktyor Omar Si, eləcə də sabiq futbolçular Frank Riberi ilə Mehdi Benatiya da Mbappeyə dəstək verdilər. Fanatlar isə PSJ-nin və yığmanın liderini bu açıq sözlülüyünə görə təriflədilər. Daha sonra məsələyə “Real” da qoşuldu. Klubun rəsmi açıqlamasında Zidan kimi hər kəsin təqdir etdiyi əfsanəyə münasibətdə belə hörmətsizliyin qəbuledilməz olduğu vurğulandı. Madrid nəhəngi fürsət düşmüşkən Le Qreni həm Zidana, həm də Benzemaya qarşı sözlərinə görə üzr istəməyə dəvət etdi.

Belə ki, 81 yaşlı federasiya prezidenti Deşamın Benzemanı mundialdan evə göndərməsini düzgün qərar adlandırmış və “əvəzində Jiru parlaq turnir keçirdi, bəlkə də Benzema ilə bu qədər qol vura bilməzdik” açıqlamasını vermişdi. Nəhayət, etiraz dalğası qarşısında “ağ bayraq qaldırmalı” olan Le Qre sözlərinə görə üzr istədi:

“Bu ifadəmə görə üzr istəyirəm. Bu sözlər mənim düşüncələrimi, eləcə də Zidanın oyunçu və məşqçi karyerasına olan münasibətimi qətiyyən əks etdirmir. Bəlkə də “RMC Sport” agentliyinə bu açıqlamanı verməməliydim. Çünki onların Deşamla Zidan arasında intriqa yaratmağa çalışdığını hiss etmişdim. Onların hər ikisi Fransa futbolunun böyük şəxsiyyətidi. Düzgün sözlər seçmədiyimi etiraf edirəm. Bu da anlaşılmazlığa yol açdı. Zidan bilir ki, mən də bütün fransız xalqı kimi ona böyük hörmətlə yanaşıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2022, 19:0

Zidan "PSJ"ni çalışdıra bilər

Dünya futbolu / Manşet

11-01-2023, 12:0

Deşamın qalması bir çoxları üçün qapıları bağladı

Dünya futbolu

31-05-2022, 22:0

Zidanla bağlı ehtimal aradan qalxdı

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 167
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə