• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zidanı ələ salan FFF prezidentinin “kitabı bağlandı”

Dünya futbolu

13-01-2023, 13:0

Fransa Futbol Federasiyasında (FFF) 2011-ci ildən bəri davam edən Noel Le Qre dönəmi, çox güman, ən qısa müddətdə başa çatacaq.

Xəbər verdiyimiz kimi, qurumun prezidenti bir neçə gün öncə yığmanın çalışdırıcısı Didye Deşamla dördillik yeni müqavilə imzalamışdı.

FFF-nin İcraiyyə Komitəsinə bu barədə məlumat verməyən və faktiki təkbaşına bu qərarı qəbul edən Le Qre daha sonra Zinəddin Zidanı ələ salmaqla Fransada nifrət obyektinə çevrilmişdi. O, “Zidanın zənginə cavab vermərəm” sözünə görə üzr istəsə də, futbol ictimaiyyəti 81 yaşlı prezidentin istefasını tələb edirdi.

Football-plus.az xəbər verir ki, bu hay-həşirdə futbol meneceri Sonya Suidin onu təcavüzdə günahlandırması həlledici oldu. “RMC Sport” xəbər verir ki, FFF-nin İcraiyyə Komitəsinin qərarı ilə həm Zidanla bağlı sözlərinə, həm də cinsi təcavüzdə günahlandırıldığına görə Le Qre vəzifəsindən kənarlaşdırılıb! Onun vəzifəsini müvəqqəti vitse-prezident Filipp Diallo icra edəcək. FFF Le Qrenin durumunu araşdıraraq onunla bağlı yekun qərarı yanvarın sonuna qədər açıqlayacaq.

Qeyd edək ki, bu qurumda xanımlara münasibətin birmənalı olmaması haqda şayiələr hələ ötən ilin sentyabrında yayılmışdı. “So Foot” nəşri geniş bir araşdırmadan sonra bu mövzu ilə bağlı yazı dərc etmişdi. Məlum olmuşdu ki, Le Qre qurumda çalışan bir çox xanıma dəfələrlə söz atıb, nalayiq mesajlar göndərib, sataşıb və görüşə çağırıb. Bu üzdən onlardan bəziləri istefa vermək məcburiyyətində qalmışdı. Amma bu son hadisələrin ardından əvvəlcə Sonya Suid, sonra da FFF-nin sabiq xanım əməkdaşları Le Qreyə qarşı ifadə verməyə hazır olduqlarını bildiriblər. Suidin sözlərinə görə, Le Qre heç vaxt onu ciddi qəbul etməyib və həmişə ona seksual obyekt kimi baxıb. Bu xanımın dediklərinə inansaq, 2014-cü ildə Le Qre ilə iş məsələlərini həll etmək üçün görüşərkən otağa daxil olandan sonra orda iki qədəh şampan görübmüş. Suid həmin gün bir bəhanə ilə ordan uzaqlaşmağı bacardığını qeyd edib. Bu xanımın sözlərindən sonra digər zərərçəkmiş xanımlar da ürəkləniblər. Adı açıqlanmayan bir xanım Le Qrenin onu dəfələrlə görüşə çağırdığını və hər mesajın sonunda “öpürəm” sözünü yazdığını deyib. Bundan başqa, həmin xanımın sözlərinə görə, federasiya rəhbəri dəfələrlə ona gecə saat 22.00 və 23.00-dan sonra zəng vurubmuş. Federasiyanın digər sabiq xanım işçisinin sözünə görə, Le Qre rəsmi səyahətlərin birində əlini onun ayaqlarının üstünə qoyaraq bu xanımdan ətək geyməyi tələb edib. Həmin xanım daha sonra əlavə edib ki, Le Qre bir neçə dəfə iş yerində içkili vəziyyətdə ona işdən sonra görüşməyi təklif edib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-01-2023, 20:0

Fransa Futbol Federasiyasının prezidenti işindən azad edildi

Dünya futbolu

31-05-2022, 22:0

Zidanla bağlı ehtimal aradan qalxdı

Dünya futbolu

8-05-2022, 19:0

Zidan "PSJ"ni çalışdıra bilər

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə