• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Deşamın qalması bir çoxları üçün qapıları bağladı

Dünya futbolu / Manşet

11-01-2023, 12:0

Son mundialın finalında dramatik şəkildə Argentinaya uduzaraq ardıcıl 2-ci dəfə dünyanın ən güclüsü adını qazanmaq fürsətini əldən verən Fransa yığması ilə bağlı mühüm xəbərlər var.

Football-plus.az xəbər verir ki, ondan başlayaq ki, Didye Deşamın Fransa yığmasının baş məşqçisi postunda hələ ən azı dörd il də qalacağı rəsmi təsdiqini tapıb. Təcrübəli mütəxəssislə yeni müqavilə imzalanacağı haqda xəbərlər çoxdan dolaşırdı. Yanvarın 7-də Fransa Futbol Federasiyası (FFF) Deşamla 2026-cı ilin iyununa qədər nəzərdə tutulan yeni müqavilə imzaladı. Xatırladaq ki, 2003/04-də “Monako”nu ÇL-in finalına daşıyan, 2006/07-də “Yuventus”u B seriyasının, 2009/10-da isə “Marsel”i Liqa-1-in qalibi edən 54 yaşlı mütəxəssis Fransa yığmasını 2012-nin yayından çalışdırır. “Xoruzlar” bu müddət ərzində AÇ-2016-nın və DÇ-2022-nin finalında uduzublarsa, DÇ-2018-in qalibi olublar. Komanda DÇ-2014-də mübarizəni 1/4 finalda, AÇ-2020-də isə 1/8 finalda dayandırıb. Ümumilikdə Fransa Deşamın başçılığı altında keçirdiyi 139 oyundan 89 qələbə, 28 heç-heçə və 22 məğlubiyyət ilə ayrılıb. Şayiələrə inansaq, Deşamla müqaviləni yeniləmək qərarını FFF prezidenti Noel Le Qre özü şəxsən qəbul edib və bu barədə İcariyyə Komitəsinə məlumat verməyib. Komitənin son iclasında bu məsələni müzakirəyə çıxarmayan Le Qre daha sonra birbaşa Deşamla görüşərək müqavilənin detallarını razılaşdırıb. Tərəflər arasında AÇ-2024-ə qədər işbirliyinin olacağı gözlənilirdi. Amma Deşam Le Qreni DÇ-2026-ya qədər bu vəzifədə qalmağa razı sala bilib.

Deşamla yeni müqavilənin imzalanması heç də hamının ürəyincə olmayıb. Məsələn, son mundialın ardından yığma karyerasını bitirdiyini açıqlayan Kərim Benzemanın yaxın dostu və sabiq meneceri Kərim Cəziri “tvitter”də diqqətçəkən sözlər yazıb. Cəziri bir müddət öncə iddia etmişdi ki, Benzema DÇ-2022-də 1/8 finaldan etibarən yığmaya kömək etməyə hazır idi və onu yığmanın düşərgəsindən məhz Deşam qovubmuş. Bu dəfə isə Cəzirinin reaksiyası belə oldu:

“10 il bu vəzifədə qalan məşqçi ilə daha 4 illik müqavilə imzalandı. Bu, Zinəddin Zidan üçün qapıların bağlanması deməkdi. Həm də o deməkdi ki, FFF-nin sonrakı prezidenti məşqçini qovsa, ona əlavə təzminat ödəməli olacaq”.


“RMC Sport”un versiyasına görə Benzema rəsmi şəkildə qərarını açıqlasa da, yığmaya qayıdacağını istisna etmirdi. Bunun üçün əsas şərt baş məçqi postuna Zidanın gəlməsi idi. Amma Deşamla müqavilənin yenilənməsindən sonra bu məsələ birdəfəlik aktuallığını itirdi. Ümumiyyətlə, şaiyələrə inansaq, FFF-nin son qərarının ardından ikili vətəndaşlığa malik olan və Zidanın gəlişini gözləyən bir çox istedadlı futbolçu Fransa yığmasında oynamaqdan imtina edib! Belə oyunçulardan biri Ussem Auardı. “Lion”un şərəfini qoruyan 24 yaşlı yarımmüdafiəçi Fransa yox, Əlcəzair yığmasına üstünlük vermək niyyətindədi. Baxmayaraq ki, o, Fransanın əsas yığmasında artıq 1 oyun keçirib.

Paylaş:
Digər xəbərlər

DÇ 2026

16-12-2022, 14:0

FFF Deşam ilə müqaviləni yeniləyəcək

DÇ 2026 / Manşet

16-12-2022, 10:0

Deşam Benzema ilə bağlı qərarında nədən tələsdi? - TƏHLİL

DÇ 2026

19-12-2022, 16:0

Fransa prezidenti Deşama ağız açdı

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 21:12
    Şimali Amerikaya yollandı
  • Bu gün, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 169
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə