• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərqli nəsillərin qarşıdurmasından əvvəl...

DÇ 2026

18-12-2022, 11:0

Dünya çempionatının finalında superulduzların dueli gözlənilir: 23 yaşlı Kilian Mbappe 35 yaşlı Lionel Messiyə qarşı oynayacaq. Müxtəlif nəsillərin qarşıdurması olacaq!

Finalın necə vacib oyun olmasından uzun-uzadı danışmağa ehtiyac yoxdu. Amma bu bir həqiqətdi ki, Messi ilə Mbappe arasında ədavət və ya ən pis şəkildə ifadə etsək, düşmənçilik yoxdu. Bu isə heç də 100 faiz onların eyni klubda – PSJ-də oynamasıyla bağlı deyil. Həqiqət budu ki, Lionellə Kilian həmişə bir-birinə hörmət edib.

Messi: “Kilian yırtıcı heyvan kimidi”

Messi 2021-ci ilin yayında PSJ-yə gəlişindən bir neçə gün sonra “Ekip” qəzetinə açıqlamasında onunla dil tapacağına işarə vurmuşdu:

“Düzünü desəm, Parisə yenicə gəlmişəm və komanda ilə bağlı yetərincə məlumatım yoxdu. Başqa oyunçular kimi, Mbappe haqqında da fikir bildirməyim bir qədər tez olardı. Ona görə də Kilianın komandada qalıb-qalmayacağı haqda yekun qərarını gözləməyi lazım bilirəm. Onun gələcəyi bizimlə bağlı olacaqsa, buna çox sevinəcəyəm. Mbappe komandaya hədəflərə çatmaqda kömək edəcək. Komandadakı ilk həftədən onun inanılmaz oyunçu olduğunu gördüm. Üstəlik Kilian ispan dilində yaxşı danışır. Bir-birimizi dərhal başa düşdük. Dost deyilik, amma Kilian çox yaxşı adamdı”.


Lionel artıq bir neçə aydan sonra özünün, Mbappe və Neymarın daxil olduğu hücum “üçlüy”ündən danışmışdı:
“Birlikdə nə qədər çox oynayırıqsa, bir-birimizi meydanda bir o qədər yaxşı anlayacağıq. Biz inkişafa birgə nail olmalı və anlaşma səviyəsini qaldırmalıyıq. Mən Neymarla yaxşı anlaşıram, amma Kilianı da qeyd etməyə bilmərəm. O, çox ağıllı və inanılmaz dərəcədə sürətli oyunçudu. Biz inkişafımızı davam etdirməli və bir çox oyun komponenti üzərində çalışmalıyıq. Üçlükdə daha yaxşı oynaya biləcəyimizə əminəm”.


Bu yay Messidən dünyada kimi ən perspektivli futbolçu saydığı soruşulmuşdu. Argentina yığmasının kapitanı bu suala dərhal cavab vermişdi:
“Biz onunla bir komandada oynayırıq, amma bu amilin heç bir əhəmiyyəti yoxdu. Kilian başqa aləmdi. O, yırtıcı heyvan kimidi. Təkbətək epizodda çox güclüdü. Mbappe sürətini artırarkən kosmosa uçur. Çox cəlddi və çoxlu qol vurur. Artıq bir neçə ildi yüksək səviyyəli oyun nümayiş etdirir. Əlbəttə, yaxın illərdə dünyada ən yaxşı futbolçu olacaq”.


Mbappe: “Leo ən yaxşı olmaqdan yorulmayıb”


Mbappe bir müddət əvvəl “Marca” qəzetinə müsahibəsində ötən ilin yayını belə xatırlamışdı:
“Messi Fransaya gəlməzdən əvvəl çox həyəcanlanmışdım. Komandada yalnız ondan danışırdıq. Həmişə belə oyunçularla birgə oynamaq istədiyimi deyirdim və artıq arzuma çatmışam. İndi əsas vəzifəmiz birləşmək və əsl komanda olmaqdı. Biz kuboklar qazanmaq istəyirik. PSJ-də bu qədər yüksək səviyyəli futbolçu olduğundan kompromis yollar axtarırıq. Messi ilə Neymarın oynadığı komandada yeganə ulduz olmaq lazım deyil. Bütün işlərinizi birlikdə görürsüz. Amma komandanızda Leo varsa, təravətini qoruması və qol vəziyyətlərindən maksimum yararlanması üçün ona meydanda bir qədər az iş görmək imkanı yaratmalısız. Bu, problem deyil, bizdə iyerarxiya var. Messi yeriyəndə qaçmağıma sevinirəm. Yəqin ki, məni düzgün başa düşdüz – axı o Messidi! Onun yanımda olduğu hər andan zövq alıram. Bu vəziyyət mənim üçün böyük üstünlükdü”.


Kilian tez-tez Lionelin oyun üslubunu təhlil edir. Yayda “Ekip” qəzetinə müsahibəsində bunun ona meydanda daha düzgün mövqe tutmaqda kömək etdiyini demişdi:
“Mən məşqçi deyiləm, amma Leo topa toxunmalı, oyunu və matçı hiss etməli olan oyunçudu. Onu müntəzəm izləyirəm. Görünür, sağ cinah onun üçün yaxşı mövqedi. Bu halda mən başqa yerdə oynamağa hazıram. Leo sağ cinahda daha sərbəst oynayır, bu cinahla topu irəli apara bilir, onu qapıya yaxınlaşdırır. Hazırda mən və Messi özümüzü sakit hiss edirik. Bir-birimizlə yaxşı anlaşırıq”.


Mbappe yalnız Messinin oyununa yox, həm də uğurlara ehtirasına da heyrandı:
“Təsəvvür edin, o, bir neçə saatdan sonra “Qızıl top”u 7-ci dəfə əllərinə almağa hazırlaşırdı. Ola bilsin, səhnədə nə deyəcəyi, mükafatı necə qaldıracağı haqda düşünürdü. Mənə elə gəlirdi ki, həmin səhnədə artıq 6 dəfə olduğundan əsəbləşməsi mümkün deyildi. Messinin hətta bundan sonra da həyəcan keçirməsinə inana bilməzdim. Onun yerində olsaydım, səhnəyə ağzımda siqar tutaraq addımlayardım! Amma Leonun ilk dəfə baş verirmiş kimi həyəcanlanması uşaq qəlbli olduğunu göstərir. Bəli, Messi indiki yaşında da ən yaxşı seçilməsini sakit qarşılaya bilmir. Amma Leo ən yaxşı olmaqdan yorulmayıb”.


Çox maraqlıdı, görəsən, bu gün bu iki futbolçudan hansı dünya kubokunu başı üzərinə qaldıracaq?..

ELZAMİN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2022, 16:0

Messi Mbappe və Neymar haqda nə dedi? - AÇIQLAMA

DÇ 2026

8-12-2022, 14:0

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Dünya futbolu

15-08-2022, 13:0

Mbappe Neymarın satılması üçün çalışır

Dünya futbolu

10-04-2022, 17:0

Mbappe “böyük beşlik”də son 50 ildə...

Dünya futbolu

1-04-2022, 20:0

Ronaldinyo: ''Messinin zamana ehtiyacı var''

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə