Mbappe İngiltərə ilə oyunu buraxa bilər

8.12.2022 14:36 324
DÇ 2026
Fransa millisində Kilian Mbappeyə görə narahatlıq yaranıb. O, 1/4 finalın İngiltərə ilə oyununu buraxa bilər.

Football-plus.az “Ekip” qəzetinə istinadən xəbər verir ki, hücumçunun topuğundakı ağrılara görə komandasının çərşənbə günü keçirilən məşqində iştirak etmədiyi bildirilib. Kilian idman zalında bərpa prosesi keçir. Onun İngiltərə ilə matçda meydana çıxıb-çıxmayacağı məlum deyil. Dekabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, Mbappe mundialda 4 oyuna çıxıb və 5 qol vurub.