"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi

26.07.2026 20:42 44
Ölkə futbolu
"Sumqayıt" və "Kəpəz" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç 0:0 hesabı ilə yekunlaşıb.

Bu, hər iki komandanın mövsümöncəsi 2-ci sınaq matçı olacaq. "Sumqayıt" ilk yoxlama oyununda "Qəbələ" ilə 1:1 hesablı, "Kəpəz" isə "Şamaxı" ilə qolsuz heç-heçə edib.