Fransada daha bir itki

18.12.2022 11:10 659
DÇ 2026
Bu gün dünya çempionatının final matçı keçiriləcək.

Football-plus.az xəbər verir ki, Fransa millisi Argentina ilə görüşə daha bir itki ilə çıxa bilər. Yığmanın futbolçusu Olivye Jiru dizindən zədə alıb. O, oyunöncəsi son məşqdə digərlərindən daha az yer alıb.

Qeyd edək ki, Argentina - Fransa matçı saat 19.00-da başlayacaq.