PSJ-nin forvardı Lionel Messi hücumdakı komanda yoldaşları Kilian Mbappe və Neymar barədə fikirlərini bildirib.
Football-plus.az xəbər verir ki, argentinalı ulduz onların hər ikisinə təriflər yağdırıb:
''Mbappe tamamilə fərqli oyunçudu. Əsil canavardı. Fiziki cəhətdən güclü və sürətlidi. Üstəlik inanılmaz qol duyumu var. Üstün cəhətləri çoxdu və uzun illərdi bunu sübut edir. Qarşıdakı illər ərzində birmənalı şəkildə dünyanın ən yaxşı oyunçularından biri olacaq. Neymara gəlincə, onunla bir-birimizi gözüyumulu anlayırıq. ''Barselona''da birlikdə oynamaqdan böyük zövq alırdıq. Onun ''Barsa''da daha çox qalmasını istərdim. Amma həyat bizi Parisdə yenidən bir araya gətirdi. Onunla birlikdə oynamaqdan və hər gün onunla vaxt keçirməkdən çox xoşum gəlir''.