Luka Modriç bu yay “Milan”ı tərk etməyəcək.
Football-plus.az" xəbər verir ki, xorvatiyalı futbolçu klubu ilə yenidən anlaşıb. Onun tezliklə yeni müqaviləyə qol çəkəcəyi məlum olub. Jurnalist Fabritsio Romano müqavilənin qısamüddətli olacağını xəbər verib.
Modriç “Milan”da 2025-ci ilin yayından çıxış edir. 40 yaşlı yarımmüdafiəçi bir mövsüm ərzində qırmızı-qara formada A seriyasında meydana çıxdığı 34 oyuna 2 qol vurub.