Təxminən 4 ay “istirahət edəcək”

26.07.2026 18:37 7
Dünya futbolu
Frenki de Yonqun aqibəti müəyyənləşib

Football-plus.az" xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisinin ciddi zədə aldığı açıqlanıb. Niderlandlı futbolçunun sağ diz bağları qopub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçunun 4 aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

De Yonq Niderland yığmasının DÇ-2026-da keçirdiyi 4 matçın hamısında iştirak edib.