DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?

26.07.2026 19:08
Dünya futbolu
ESPN DÇ-2026-da ümidləri doğrultmayan futbolçulardan ibarət rəmzi komanda hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya qapıçı, 4 müdafiəçi, 5 yarımmüdafiəçi və 1 hücumçu daxil edilib. DÇ-2026-nın ən pis rəmzi yığmasına bu futbolçular layiq biliniblər.

Qapıçı: Fernando Muslera (Uruqvay).
Müdafiəçilər: Niko O’Rayli (İngiltərə), Vircil van Diyk (Niderland), Mark Qehi (İngiltərə), Coşua Kimmix (Almaniya).

Yarımmüdafiəçilər: Skott Maktominey (Şotlandiya), Federiko Valverde (Uruqvay), Kristian Pulişiç (ABŞ), Bruno Fernandeş (Portuqaliya), Florian Virts (Almaniya).

Hücumçu: Neymar (Braziliya).