"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi hazırda böyük Azərbaycan hakimi Tofiq Bəhramov adını daşıyan Respublika stadionu ilə bağlı tarixi kadrlar yayımlayıb.
Football-plus.az xəbər verir ki, görüntülər 1951-ci ildə lentə alınıb. Kadrlar arenanın açılışına həsr olunub. Videonun çəkildiyi dönəmdə 45 min tamaşaçı tutumu olan stadionun ətrafının boş ərazilərlə geniş olduğu görünür. Həmçinin, kadrlarda "Neftçi" - "Spartak" (Moskva) matçından da görüntülər yer alıb.