Premyer-liqada 13-cü turun cədvəli açıqlandı

21.10.2022 16:01 751
Premyer-liqa
Misli premyer-liqasında 13-cü turun oyun cədvəli məlum olub.

"Footbal-plus.az" PFL-ə istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli premyer-liqası
13-cü tur

4 noyabr (cümə)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 15.00

5 noyabr (şənbə)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15.00

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19.00

6 noyabr (bazar)

“Səbail” – “Sabah”
“ASCO Arena”, 15.00

“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19.00

Qeyd: “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.